Qrand-Bassam

Qrand-BassamKot-d'İvuarın cənub-şərqində, Abicanın şərqində yeləşən şəhər. Bura 1893-cü ildən 1896-cı ilə, idarənin sarı qızdırmadan sonra Binqervillə köçürüldüyü dövrə qədər Fransanın müstəmləkə paytaxtı idi.[2] Qrand-Bassam Abicanın 1930-cu illərdən bəri böyüməsinə qədər əsas dəniz limanı olaraq qalırdı.

Qrand-Bassam
Grand-Bassam
5°12′ şm. e. 3°44′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 127 km²
  • 109,89 ha
  • 552,39 ha
Mərkəzin hündürlüyü 7 m
Saat qurşağı
  • Qrinviç vaxtı[d]
Əhalisi
Əhalisi
  • 124.567 nəf. (2021)
Digər
Rəsmi adıHistoric Town of Grand-Bassam
TipiMədəni
Kriteriya(iii), (iv)
Tarixi2012 (36-cı sessiya)
İstinad nöm.1322 rev
ÖlkəKot-d'İvuar Kot-d'İvuar
RegionAfrika
Rəsmi adıGrand Bassam
Tarixi18 oktyabr 2005
İstinad nöm.1583[1]
Xəritəni göstər/gizlə
Qrand-Bassam xəritədə
Qrand-Bassam
Qrand-Bassam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin böyük bir bölgəsi onilliklər boyu tərk edildiyi üçün qəsəbədə bir kabus şəhər aurası var. 1896-cı ildə Fransa paytaxtı Binqervillə köçürüldü və 1930-cu illərdə faktiki olaraq dayandırılana qədər ticarət tədricən azaldı. 1960-cı ildə müstəqillik əldə edildikdən sonra qalan bütün inzibati idarələr Abican şəhərinə verildi və illərlə Qrand-Bassamda yalnız evsizlər məskunlaşdı. 1970-ci illərin sonlarından başlayaraq şəhər turistik yer və sənətkarlıq mərkəzi kimi canlanmağa başladı.

Qəsəbə Ebrie laqunu tərəfindən iki yerə bölünür: Ancien Bassam ("qədim Bassam") və Nouveau Bassam ("yeni Bassam"). Qədim Bassam Qvineya Körfəzi ilə üzbəüz yerləşən köhnə Fransız qəsəbəsidir. Bölgə həmçinin bəziləri bərpa edilmiş daha geniş kolonial binaların yerləşdiyi ərazidir. Rayon həmçinin bir kafedral və Fil Dişi Sahili Milli Geyim Muzeyinə sahibdir. Qədim Bassamla körpü ilə bağlanan yeni Bassam laqunun şimal tərəfində yerləşir. Bura Afrikalı xidmətçilərin məhəllələri ilə böyüyüb və indi şəhərin əsas ticarət mərkəzidir.

Şəhərdə Qrand-Bassam Roma Katolik Yeparxiyası yerləşir. Yeparxiyanın kafedral binası Qrand-Bassamdakı Cathédrale Sacré Cœur-dur.

Şəhər 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

2016-cı ilin mart ayında qəsəbə 19 nəfərin ölümü ilə nəticələnən terror aktının hədəfi oldu.[3][4]

2014-cü ildə Qrand-Bassamın əhalisi 84,028 nəfər idi.[5]

  1. "Grand Bassam". Ramsar Sites Information Service. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.
  2. Centre, UNESCO World Heritage. "Historic Town of Grand-Bassam". Whc.unesco.org (ingilis). 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.
  3. Tran, Mark; Duval Smith, Alex. "'At Least 16 Dead' After Gunmen Open Fire in Ivory Coast Resort". The Guardian. 13 March 2016. 20 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2016.
  4. "Arxivlənmiş surət". 2018-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  5. "RGPH 2014, Répertoire des localités, Région Sud-Comoé" (PDF). ins.ci. 11 May 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 August 2019.