Qreqorio Alvares — Uruqvayın keçmiş prezidenti.
Qreqorio Alvares | |
---|---|
isp. Gregorio Conrado Álvarez Armelino | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Montevideo, Uruqvay |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Montevideo, Uruqvay |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
General Qreqorio Alvares Uruqvayda hakimiyyəti ələ keçirən xuntaya rəhbərlik edib. 1981-ci ildə isə ölkənin faktiki prezidenti elan olunub. Onun başçılıq etdiyi rejim 1975-ci ildə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay və Boliviyanın diktator rejimlərinin tətbiq etdikləri "Kondor" planının reallaşdırılmasında aktiv iştirak edib.
Qreqorio Alvares 1973-1985-ci illərdə hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə görə 2009-cu ildə 25 il həbs cəzası alıb. Məhkəmə Alvaresi 37 nəfərin öldürülməsində, eləcə də bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə günahkar bilib. 2007-ci ilin dekabrından həbsdə olan 83 yaşlı Alvares səhhətinə görə məhkəmədə iştirak edə bilməyib.