Qrin Qeyblz malikanəsinin qızı Anni (ing. Anne of Green Gables)[1] Lyusi Montqomeri tərəfindən yazılmış kitabdakı hadisələr 29-ci əsrin əvvəllərində Kanadada-Şahzadə Eduard adasında cərəyan edir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, lakin ilk nəşr olunduğu vaxtdan klassik uşaq ədəbiyyatı nümunəsi kimi məhşurlaşmışdır.[2]
Qrin Qeyblz malikanəsinin qızı Anni | |
---|---|
ing. Anne of Green Gables port. Anne e a sua aldeia port. Anne dos Cabelos Ruivos port. Ana dos Cabelos Ruivos port. Anne das Empenas Verdes | |
Janrlar | uşaq nağılı[d] |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 13 iyun 1908 |
Sonrakı | Avonli qəsəbəsinin qızı Anni (roman) |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Şirli 11 yaşlı yetim qızdır.Onu kiçik ucqar bir kənddə yaşayan ortayaşlı bacı-qardaş-Metyu və Marilla Karbertlər övladlığa götürür.Əslində, Karbertlərə ferma işlərində Metyuya kömək etmək üçün oğlan övladı gərək idi.Lakin Annanın cazibəsi və şirinliyi onları yoldan çıxarır və nəticədə onlar qızı öz övladları qədər sevirlər.Anna Şirlinin Avonlidəki həyat macəralarından bəhs edən kitab 50 milyon nüxsədən artıq satılıb və ən azı 36 dilə tərcümə olunub.Əsər dünyanın bir çox məktəblərinin ədəbiyyat dərslərində tədris edilməkdədir.
Romanı yazarkən Montqomeri, istədikləri oğlan yerinə yanlışlıqla yetim bir qızı övladlığa götürüb daha sonra səhvə görə onu geri göndərən, ancaq daha sonra onu böyütmək qərarına gələn bacı-qardaş haqqında qeydlərindən ilham aldı.O, Kanadanın Şahzadə Eduard Adası kəndində yaşadığı uşaqlıq təcrübəsindən istifadə etdi. Montqomeri, New York Metropolitan Magazine -dən kəsərək yataq otağının divarına qoyduğu Evelyn Nesbitin fotoşəklindən Anna Şirli-nin siması üçün model və "gənclik idealizmi və mənəviyyatını" xatırlatmaq üçün istifadə etdi.
Montqomeri, o dövrdə məşhur olan və adını əlavə bir "e" hərfi ilə yazaraq xarakterini fərqləndirən "formul Ann" yetim hekayələrindən ilham aldı.Gilbert Blit kimi digər personajları da qismən tanıdığı insanlara əsaslandırdı. Romanı günün alatoranlığında, pəncərəsində oturub Cavendish tarlalarına baxarkən yazdığını söylədi.
İlk kitabının populyarlığına əsaslanaraq Montqomeri, qəhrəmanı Anni Şirlinin hekayəsini davam etdirmək üçün bir sıra kitablar daha yazdı.
№ | Kitab | Nəşr tarixi | İllər | Azərbaycanda nəşr ili |
---|---|---|---|---|
1 | Qrin Qeyblz malikanəsinin qızı Anni | 1908 | 11–16 | 2015 TEAS Press Nəşriyyat evi |
2 | Avonli qəsəbəsinin qızı Anni (roman) | 1909 | 16–18 | 2017 TEAS Press Nəşriyyat evi |
3 | Şahzadə Eduard adasının qızı Anni (roman) | 1915 | 18–22 | 2017 TEAS Press Nəşriyyat evi |
4 | Anne of Windy Poplars (Kanada və ABŞ) Anne of Windy Willows (İngiltərə və Avstraliya) |
1936 | 22–25 | - |
5 | Anne's House of Dreams | 1917 | 25–27 | - |
6 | Anne of Ingleside | 1939 | 34–40 | - |
Aşağıdakı kitablar Anninin uşaqlarına və ya digər ailə dostlarına həsr edilmişdir. Anne bu cildlərdə görünür, amma daha az rol oynayır. | ||||
№ | Kitab | Nəşr ili | İllər | |
7 | Rainbow Valley | 1919 | 41–43 | - |
8 | Rilla of Ingleside | 1921 | 49–53 | - |
9 | The Blythes Are Quoted | 2009 | 40–75 | - |
Anni Şirli, aşağıdakı kolleksiyaların hər birində bir hekayədə (və digər hekayələrdə istinad olunur) yer alır | ||||
№ | Kitab | Nəşr ili | İllər | |
— | Chronicles of Avonlea | 1912 | təqribən 20 | |
— | Further Chronicles of Avonlea | 1920 | təqribən 20 |
Qeyd:İllər bölməsi bəhs olunan kitabda Anninin yaşını göstərir.