Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür.
Qrind | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: Klad: İnfradəstə: Parvdəstə: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Qrind |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır[3][4].
Qrindlər açıq dəniz sahələrini xoşlayırlar və nadir hallarda sahilə yaxınlaşırlar. Qısaüzgəc qrindlər tropik, subtropik qurşaqların dənizlərində yayılmışlar. Adi qrindlər isə hətta Şimali Avropaya belə yayıla bilirlır.
5-10 dəqiqə sualtında qala bilirlər. 600 metr sualtına enirlər. Başıayaqlılar və balıqlarla qidalanırlar. Onların Kaşalotlara hücumu müşahidə edilmişdir[5]. Qrindlər 20 başdan ibarət qruplarda birləşirlər. Bəzən qruplarda delfinlərin sayı 100-ə çatır.
Qrindlərin insanlara hücumu yalnız bir halda müşahidə edilmişdir. 12 may 1991-ci ildə qrind Lizu Kastellonun ayağından yapışaraq onu 10 metr dərinliyə aparmışdır. Sonradan isə qadını suyun səthinə çıxarmışdır. Qadın yalız kiçik zədələrlə qurtulmuşdur. Delfin onu yemək istəməmişdir. Hadisə onu deməyə əsas verir ki, vəhşi canlılarla ehtiyatlı olmaq lazımdır[6].