Qrinviç yarımadası (ing. Greenwich Peninsula) — London şəhərində, Temza çayının sahilində yerləşən yarımada. Bir hissəsi qərb, digər hissəsi isə şərq yarımadasında yerləşir.
Qrinviç yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | ≈1.35 km² |
Ən yüksək nöqtəsi | 17 m |
Yerləşməsi | |
51°30′00″ şm. e. 0°00′15″ ş. u. | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Böyük Britaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Londonun, Qrinviç Kral borosu ərazisinə daxildir. Ölçüləri 1500 x 900 metrə, maksimal hündürlüyü — 17 metrdir. Keçmişdə müxtəlif cür adlandırılmışdır: Qrinviç-Marşes[1], Baqsbis-Matrşes[2], İst-Qrinviç, Nort-Qrinviş, Blekuoll[3][4].
Yarımada XVI əsrdə drenaj əməliyyatı nəticəsində meydana gəlmişdir. Yarımadanı hazırlamaqda məqsəd otlaq sahəsinin əldə edilməsi olur. XVII əsrdə yarımadanın şimalı dəniz quldurlarına aid meyitlərinin qəfəslərdə nümayiş olunduğu yer olması ilə məşhurlaşmışdı. Bu isə quldur olmaq istəyənləri vahiməyə salır və bir ibrət yolu oynayırdı.
XIX əsrdən yarımadanın infrastruktur inkişafı başlayır. 1857-ci ildə burada böyük bir tərsanənin salınması planılaşdırılır. Ancaq bu gerçəkləşdirilmir. XIX əsrdə burada top istehsalı, polad istehsalı gerçəkləşdirilir. 1860-cı illərin əvvəllərindən burada Henri Bessemerə məxsus metallurgiya zavodu olmuşdur. 1866-cı ildə zavod iqtisadi müflis elan edilir.
XX əsrdə burada iri qaz stansiyası olmuşdur. Stansiya 0,97 km² ərazini əhatə edirdi ki, bu da Avropada ən iri qaz stansiyası olmuşdur. Şimal dənizində böyük qaz yatağı aşkarlandığından stansiya əhəmiyyətini itirir və bağlanılır. 1990-cı illərdə yarımadanın ərazisi güçlü şəkildə çirklənmiş bir ərazini xatırladırdı.[5]. 1997-ci ildə yarımadanın 1,21 km² ərazisini English Partnership şirkəti 225 milyon funt sterlinqə satın alır. 2014-cü ilə yarımada artıq tullantılardan təmizlənmişdir. Burad yeni avtomobil yolları salınmış, ofislər və yaşayış evləri inşa edilmişdir[6][7].