Qriqori Komnenos (yun. Γεώργιος Μέγας Κομνηνός) (təq. 1255, Trabzon – ən tezi 1284) — 6-cı Trabzon imperatoru.[2]
Qriqori | |
---|---|
1266 – iyun 1280 | |
Əvvəlki | II Andronik |
Sonrakı | II İohann |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1255 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1284 |
Atası | I Manuel (Trabzon imperatoru)[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının vəfatının ardından 1263-cü ilin martında böyük qardaşı Andronik taxta çıxdı. Onun üç illik qısa səltənətinin ardından isə 1266-cı ildə Qriqori taxta çıxdı.
Səltənəti boyunca Siciliya krallığı ilə müttəfiq olub, Bizans imperiyasına və onun apardığı siyasətə qarşı çıxdı. Ancaq onun yürütdüyü bu siyasət Bizans imperatoruyla qohum olan Elxani Abaqa xanın qəzəbinə səbəb olmuşdur. Belə ki, 1280-ci ildə Hülakilərin mərkəzi Təbrizə çağırıldı. Ancaq o Təbrizdə ikən, Abaqa xandan gələn əmrlə saray əyanları qardaşı II İohannı taxta çıxardı. Qriqori isə Təbrizdə həbs edildi. Abaqa xanın vəfatına qədər burada həbs tutulan Qriqori Komnenos 1282-ci ildə azad edildi. Bacısının əri olan Gürcü çarı II Dmitridən aldığı hərbi dəstəklə 1284-cü ildə səltənətini geri almaq üçün Trabzona hücum etmiş, ancaq ordusu məhv edilmişdir. Döyüş meydanından qaçdğı əsnada ələ keçirilən Qriqori Komnenosun qalan həyatı haqqında məlumat yoxdur. Ehtimal olunur ki, öldürülmüşdür.
Adı bilinməyən bir xanımından və ya məşuqəsindən bir qızının olduğu və bu qızının gürcü əsilzadələrindən biriylə evləndirildiyi bilinir.