I Manuel Komnenos (yun. Μανουήλ Κομνηνός) (1218, Trabzon – mart 1263, Trabzon) — 4-cü Trabzon imperatoru.[2]
I Manuil | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1218 |
Doğum yeri | |
Vəfat tarixi | mart 1263 |
Vəfat yeri | |
Atası | I Aleksey (Trabzon imperatoru) |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi.
Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanını və Nikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi. Bu səbəblə münasibətləri pisləşən Anadolu səlcuqları 1254-cü ildə Sinopa hücum etdi və buranı işğal etdi.
Onun dönəmində Roma papası və Fransa krallığı ilə diplomatik əlaqələr qurulmuş, Fransa kralı IX Lüdovikə yazdığı məktubla qızlarından biriylə evlənmək istədiyini bildirmiş, ancaq onun bu təklifi qəbul edilməmişdir.
Yenə onun səltənətində 1250–1260-cı illərdə Trabzonun mərkəzində məşhur Ayasofya kilsəsi inşa olunmuşdur.