Qriqori Ayzenberq

Qriqori Zaxaroviç Ayzenberq (rus. Григо́рий Заха́рович Айзенбе́рг; 17 dekabr 1904, Timkoviçi[d], Minsk quberniyası[d]31 mart 1994, Moskva) — radiorabitə sahəsində SSRİRusiya alimi, texnika elmləri doktoru (1946), RSFSR-in əməkdar elm və texnika xadimi (1965).

Qriqori Ayzenberq
Doğum tarixi 17 dekabr 1904(1904-12-17)
Doğum yeri
Vəfat tarixi 31 mart 1994(1994-03-31) (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vostryakovo qəbiristanlığı[d]
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı "Stalin" mükafatı RSFSR əməkdar elm və texnika xadimi

Həyatı[redaktə | mənbəni redaktə et]

Qriqori Zaxaroviç Ayzenberq 4 dekabr 1904-cü ildə, Rusiya imperiyasının Timkoviçi qəsəbəsində (indiki Belarusun Minsk vilayətinin Kopıl rayonu) anadan olmuşdur. O, 1930-cu ildə Odessa Politexnik İnstitutunu bitirdikdən sonra Radio Elmi-Tədqiqat İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra isə 30 ildən artıq antenna şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ayzenberq 1958–1988-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunun Texniki Elektrodinamika və Antenalar kafedrasına rəhbərlik etmişdir. O, texnika elmləri doktoru, professor olmuşdur.[1]

Qriqori Ayzenberq 31 mart 1994-cü ildə vəfat etmişdir. O, Moskvada Vostryakovski qəbiristanlığında dəfn edilmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Qriqori Ayzenberq antenalar nəzəriyyəsi üzrə materiallar hazırlamışdır. Onun rəhbərliyi altında demək olar ki, bütün yerli yayım və rabitə cihazları, o cümlədən MW, LW və HF diapazonları üçün hazırlanmışdır.[2]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

O, 1947-ci və 1984-cü illərdə SSRİ Dövlət mükafatı , 1957-ci ildə isə "Lenin" mükafatına layiq görülmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Могила Г. З. Айзенберга". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  2. 1 2 Энциклопедический словарь. 2009. АЙЗЕНБЕРГ Григорий Захарович.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]