Qrigori Nikolayeviç Potanin (4 oktyabr 1835, Yamışlev qalası, Om vilayəti, Rusiya imperiyası — 30 iyun 1920, Tomsk, RF) — Rusiya coğrafiyası mütəxəssisi, etnoqraf, folklorist, botanist, publisist, ictimai xadim və Sibir bölgəsinin sosial-siyasi meylinin ideoloqlarından və təsisçilərindən biri. Potanin mərkəzi Asiyanı səyahət edən bir Viktoriya dövrü araşdırmaçı idi. Potanin bölgənin yerli bitkilərini siyahıya alan ilk insan idi. Potanin araşdırmaçılıqdan başqa, Sibir separatçı hərəkatı ilə həmfikir olan bir müəllif və siyasi aktivist idi.
Qriqori Potanin | |
---|---|
rus. Григорий Николаевич Потанин | |
Doğum tarixi | |
Doğum yeri | Yamışlev qalası, Om vilayəti (hazırda Pavlodar vilayəti, Qazaxıstan) |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Tomsk, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası |
Elm sahələri | coğrafiya, folklor, botanika |
Təhsili |
|
Tanınmış yetirməsi | Aleksandr Adrianov |
Vikianbarda əlaqəli mediafayllar |
Qriqori Potaninin doğum tarixi mübahisəli məsələdir. Bütün inqilab-əvvəli mənbələr, coğrafiyaşünasın 2 fevral 1835 tarixini, yeni mənbələrsə 4 oktyabr 1835 və 3 oktyabr 1835 tarixlərini Potaninin doğum tarixi olaraq göstərir.
Qriqori Nikolayeviç Potanin Yamışevski qalasında, bir kazak zabitinin ailəsində anadan olmuşdur. 1836-cı ildə Potaninin atasının rütbəsi alınmış və həbs olmuşdur. Qriqori 5 yaşında ikən dayısının evində yaşamağa getmişdir. Dayısının gözlənilməz ölümündən sonra o, 1842-ci ildə anasının yaşadığı kəndə geri qayıtmışdır. Qriqori kənddə ev təhsili almışdır. O burada, riyaziyyat, coğrafiya və rus dili öyrənmişdir.