Qriqori Zaxaroviç Yeliseyev (rus. Григо́рий Заха́рович Елисе́ев, 25 yanvar (6 fevral) 1821[1][2] – 18 (30) yanvar 1891[2], Sankt-Peterburq[2][3]) — Rusiya jurnalisti, publisisti.
Qriqori Yeliseyev | |
---|---|
Doğum tarixi | 25 yanvar (6 fevral) 1821[1][2] |
Vəfat tarixi | 18 (30) yanvar 1891[2] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | jurnalist, ədəbiyyat tənqidçisi, publisist |
Əsərlərinin dili | rus dili |
Qriqori Yeliseyev Vikimənbədə |
O, "Sovremennik" jurnalında çalışmışdı. "Sovremennik" – 1836-66-cı illərdə Peterburqda işıq üzü görən ictimai-siyasi və ədəbi jurnal. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub.
Jurnalın təsisçisi A.S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P.A. Pletnyov 1847-ci ildə "Sovremennik"i N.A. Nekrasov və İ.İ. Panevə verdi.
Nekrasov "Sovremennik"ə Turgenev, Qonçarov, Qertsen və Oqaryovu cəlb etməyi bacardı. Ç. Dikkensin, J. Sandın və başqa Avropa yazıçılarının tərcümələri jurnalda yer aldı. 1847-48-ci illərdə rəsmi redaktor A.V. Nikitenko, ideoloji rəhbər V.Q. Belinski oldular.