Qromıko Komissiyası və ya rəsmi şəkildə Krım tatarlarından olan SSRİ vətəndaşlarının müraciətlərində qaldırılan məsələlərə baxılması üzrə Dövlət Komissiyası (rusca:Государственная комиссия по рассмотрению вопросов, которые ставятся в обращениях граждан СССР из числа крымских татар) — Krım tatarlarının 1944-cü ildə deportasiya edildikləri vətənləri geri dönmə hüquqlarının araşdırılması üçün SSRİ tərəfindən yaradılmış dövlət komissiyası. 1987-ci ilin iyulunda yaradılan və Andrey Qromıkonun rəhbərlik etdiyi qurum 1988-ci ilin iyununda Krım tatar vətəndaş hüquqları müdafiəçilərinin geri qayıtmaq hüququndan Krım MSSR-in bərpasına qədər bütün əsas tələblərini rədd edən bir nəticə çıxardı.
De-stalinizasiya prosesinin aparılmasına baxmayaraq, Krım tatarlarına yanaşma 1980-ci illərin sonuna qədər dəyişmədi. Yenidənqurma dövründə Krım tatarları yenidən Moskvadan tələblər etməyə, siyasi rəhbərləri ziyarət etməyə başladılar.[3][a] Bundan əlavə, onlar ümid edirdilər ki, azaldılmış senzura şəraitində media məsələnin həll olunduğu barədə ənənəvi xətti davam etdirmək əvəzinə, milli məsələnin mediada işıqlandırılmasında öz fikirlərini dinləməyə və əlavə etməyə hazır olacaq.[4][b] 1987-ci ilin 20 iyununda ilk Krım tatarlarının nümayəndəliyi Moskvaya gəldi. Onlar üxtəlif qəzetlərin, jurnalların və televiziya kanallarını, müxtəlif yazıçılar birliklərini ziyarət edib, deportasiya edilmələri barədə danışdılar. Bu dairələrdən onların toplu imzalanmış məktublarını, petisiyalarını dərc etmək xahiş edilsə də, istəkləri rədd edildi.[5][6] Kremlin yaxınlığında Krım tatarlarının etiraz aksiyası təşkil edildi. 26 iyunda Krım tatarları siyasətçi Pyotr Demiçev ilə görüşdülər və Pyotr onlara bu məsələ barədə Qorbaçova məlumat verəcəyini bildirdi. İyulun əvvəlində onlarla Krım tatarı Qızıl Meydanda əllərində geri qayıtmaq hüququ tələb edən lövhələrlə piket keçirməyə başladılar. Etirazların həcmi sürətlə böyüdü: İyulun 23-də Sov.İKP Mərkəzi Komitəsinin binası qarşısında keçirilən piketə 100-ə yaxın etirazçı toplaşdı, ancaq iki gün sonra onların sayı 500-ə çatdı.[7][6][8]
9 iyul 1987-ci ildə hökumət Krım tatarlarının taleyi barədə qərar qəbul etmək üçün xüsusi komissiya yaradılacağını bildirdi.[9] Bir gün əvvəl, Krım tatarlarının bir neçə nümayəndəsi SSRİ Xalq Yazıçısı Yevgeni Yevtuşenko ilə görüş keçirdi. Yevgeni Yevtuşenko Sovet rəhbərlərini Sovet liderləni onlarla görüşməyə, ən azından onları dinləməyə sövq etdi.[10][6] Əvvəlcə onlara Qorbaçovla yox, Pyotr Demiçevlə görüş verilmişdi; Demiçev onların petisiyasına rəğbət bəsləmədi, lakin onların mesajını Qorbaçova çatdırdı.[11]
Məsələ siyasi büroda müzakirəyə çıxarıldı və məsələ ilə bağlı hər hansı əsaslı qərarlar qəbul etmək istəməyən Qorbaçov məsələni komissiyaya həvalə etmək qərarına gəldi. Sonradan nadir hallarda daxili məsələlər ilə məşğul olan Qromikonu Krım tatarları ilə görüşməkdə hədsiz istəksizliyinə və etnik qrupa qarşı düşmən münasibətinə baxmayaraq,[12] Qorbaçov komissiyaya rəhbər seçdi. Qorbaçovla söhbətində o, Krım tatarlarına tamamilə məhəl qoymamaq və son onilliklərdə olduğu kimi onları sürgün yerlərində saxlamaq istəyini ifadə etmişdi. Buna baxmayaraq, Qromiko komissiyanın rəhbəri təyin edildi və o, bu məsələni digər sovet siyasətçiləri ilə könülsüz şəkild müzakirə etdi.[12]
Komissiyanın rəhbərliyinə bir neçə yüksək vəzifəli Sovet dövlət xadimləri daxil edilmişdi. Bunların sırasında Viktor Çebrikov, Vitali Vorotnikov, Vladimir Şerbitski, İnomcon Usmonxocayev, Pyotr Demiçev, Aleksandr Yakovlev, Anatoli Lukyanov, Georgi Razumovski daxil idi. Lakin komissiyada heç bir Krım tatarı daxil edilməmişdi.[13]
Mixail Qorbaçovla görüş xahiş etdikdən sonra 21 Krım tatar nümayəndəsi 27 iyul 1987-ci ildə Kremldə Qromıko ilə 2 saat 27 dəqiqə ərzində çox səmərəsiz görüş keçirdi.[14][c] Qromiko, görüşdə Krım tatarlarından daha sakit olmağı tələb etdi, həmçinin son dərəcə alçaldıcı davrandı.[15] Onları təhqir etmək üçün “icad edilmiş” etnik qrup adlandırmışdı. Nümayəndələr Qromikonun üslubunu Krım tatarlarına nifrətinin[16][17] nəticəsi olaraq qiymətləndirmiş və davranışlarının ləqəbi olan "Mr. Yox"a uyğun gəldiyini qeyd etmişdilər.[14][16]
Növbəti gün TASS-da çıxan xəbər əsas qəzetlərdə çıxmağa başladı. Bu xəbərin mahiyyəti Krım tatarlarının həvəsdən düşməsinə səbəb oldu. Nəinki gənc Krım tatarı aktivistlərin, hətta yaşlı kommunistlərin belə çox məyus etdi, çünki komissiyanın onların tələblərini ciddi şəkildə nəzərdən keçirmək istəmədiyi aydın oldu.[18][19]
Bu vaxt ərzində Krımdakı yerli hakimiyyət orqanları Krım tatarlarının geri dönmə ideyasına şiddətlə qarşı çıxmaqda idilər. Onlar buna görə, daha çox Krım tatarının birbaşa yarımadada məskunlaşmaq üçün gələcəyini təxmin edərək pasport rejimini daha da gücləndirdilər.[20] Nikolay Rıjkov həm Krımda, həm də Krasnodarda yeni sakinlərin qeydiyyata alınmasını qadağan edən əmr verdi.[21][d] Hökumət Krım tatarlarının Krım MSSR-ə qaytarılması və bərpası istəyini ifrat mövqe kimi səciyyələndirirdi və bu mövqelərin konkret olmadığını iddia edirdi.[22]
Krım tatarlarının təşkilatı olan Mərkəzi Təşəbbüs Qrupu (MTQ) da fəaliyyətə başlamışdı. Qromikonun daha çox etiraz nümayişlərin yaxşı qarşılanmayacağı ilə bağlı xəbərdarlığına baxmayaraq, Mustafa Cəmilovun rəhbərlik etdiyi Mərkəzi Təşəbbüs Qrupu Moskvada qalmağa və İzmailovski parkında davamlı mitinqlər etməyə davam edirdi. Buradakı etirazlara Cəmilov fraksiyasından Səbriyyə Seyidova, Səfinar Cəmilova, rəşad Cəmilov və Fuad Ablyamitov daxil idi.[23] Ənənəvi olaraq Krım tatarlarının milli hərəkatçıları əsasən Sovet dissidentləri tərəfindən kommunist olaraq dəyərləndirilirdilər.[24][e] Lakin yuxarıda adları qeyd edilən MTQ üzvləri fərqli idilər. Onlar Qərbdən dəstək almağa çalışmaqla birlikdə, Krım Tatarlarının Milli Diviziyasından daha mülayim idilər.[25] Mərkəzi Təşəbbüs Qrupu qeyri-mütənasib olaraq mühacirətdə doğulmuş və əvvəllər heç vaxt milli hərəkatın bir hissəsi olmamış gənc nəsildən ibarət idi və Sovet hakimiyyəti Krım tatarlarının hüquqlarına mənalı şəkildə toxuna bilmədiyi üçün güclərini artırdı.[26][23][27][f][28][29]
Krım MSSR-in bərpası və Krım tatarlarının Krıma qaytarılması planları ilə bağlı müxtəlif təkliflər göndərilsə də, Krım tatarlarının Krıma qayıtmağı dəstəklədiyini göstərən sorğu məlumatlarına əlavə olaraq, Krım tatar icmasının tələbləri rədd edildi. Qromıkonun 1988-ci ilin iyununda verdiyi yekun bəyanatda Krımın indiki demoqrafik durumuna görə Krım MSSR-in bərpası üçün “heç bir əsasın” olmadığı bildirilir[30][31] və Krıma gələn Krım tatarlarının yalnız kiçik bir hissəsinin mütəşəkkil işə götürmə sxemi ilə Krımda işləməsi təklif edilirdi. Hesabatda guya Krım tatarlarının kütləvi şəkildə geri dönmək istəyində olmamaqları iddia edilirdi, əvəzində isə onların sürgündə olduqları yerlərdə mədəni ehtiyyaclarını qarşılamaq üçün əlavə olaraq kiçik miqyaslı tədbirlər görməyi təklif edirdi.[32][33] Həmçinin, komisisyanın yekun qərarı Krım tatarlarının fərqli etnik qrup kimi rəsmi tanınmasının bərpasına razılıq vermədi.[31][34][35][g]
Komissiyanın yekun qərarının yayımlanması Krım tatarları arasında çox pis qarşılandı. Hətta kommunist Krım tatarları belə məyus olmuşdular və komisisyanın işini tərəfsiz gördüyünə şübhə etdiklərini bildirirdilər.[36] Məsələn, onlardan biri Rollan Qadıyev idi. Rollan Kadıyev o vaxta qədər hakimiyyəti təhrik edə biləcəyi qorxusundan Qırmızı Meydandakı mitinqə qarşı çıxmış və digər Krım tatarlarına tez-tez hökumətin təxribatlarına cavab verməməyi və vətənpərvərliyi qorumağı tövsiyə edirdi.[37] Lakin o da, komissiyanın qərarını açıqlamasından sonra məyus oldu. Qadıyev Krıma yalnız bir neçə tatarın köçməsinə icazə verilməsinə qəzəblənmişdi və bunu "vətən üçün lotereya" adlandırırdı. O, Qromıkonun Krım MSSR-in demoqrafik səbəblərə görə bərpa oluna bilməməsi ilə bağlı gəldiyi qənaətləri də tənqid edərək, Qazaxıstan SSR-in qazaxların region əhalisinin cəmi 13%-ni təşkil etdiyi vaxt yarandığını qeyd edirdi.[38]
Son nəticə olaraq Qromiko Komissiyası heç bir məsələni həll edə bilmədi. Bir müddət sonra məsələnin həlli üçün Yanayev Komissiyası yaradıldı.
9 июля 1987 года была создана Государственная комиссия во главе с А.А.Громыко с целью изучения крымскотатарского национального вопроса
На следующий день, 8 июля, группа крымскотатарских делегатов встретилась с секретарем правления Союза писателей СССР, лауреатом Государственной премии СССР поэтом Евгением Евтушенко. Он выразил солидарность с борьбой крымских татар и написал обращение в Президиум Верховного Совета СССР. Вручая копию этого обращения делегатам крымских татар, Евтушенко оказал: «Мое обращение можете сдавать во все инстанции. Буду рад, если оно поможет решению национального вопроса крымских татар». (The next day, July 8, a group of Crimean Tatar delegates met with the secretary of the board of the Union of Writers of the USSR, laureate of the USSR State Prize, poet Yevgeny Yevtushenko. He expressed solidarity with the struggle of the Crimean Tatars and wrote an appeal to the Presidium of the Supreme Soviet of the USSR. Handing a copy of this appeal to the Crimean Tatar delegates, Yevtushenko said: “You can submit my appeal to all authorities. I would be glad if it helps resolve the national issue of the Crimean Tatars")
A commission is created consisting of Gromyko, Shcherbitsky, Vorotnikov, Us-mankhodzhaev, Demichev, Chebrikov, Lukyanov, Razumovsky, and Yakovlev.
Среди самих крымских татар существуют крайние позиции : от требования возвращения автономии Крыму до неверия в возможность положительного решения вопроса . Лозунги а или «немедленного возвращения всех крымских татар в Крым» скорее ю не содержат никаких конкретных предложений. Кратковременная эйфория летом 1987 г., когда для решения вопроса была создана правительственная Комиссия под председательством А. А. Громыко, быстро окончилась. (Among the Crimean Tatars themselves, there are extreme positions: from the demand for the return of autonomy to Crimea to disbelief in the possibility of a positive resolution of the issue. The slogans “a” or “immediate return of all Crimean Tatars to Crimea” most likely do not contain any specific proposals. The short-term euphoria in the summer of 1987, when a government commission chaired by A. A. Gromyko was created to resolve the issue, quickly ended.)
Qromıko komissiyası iyun ayında bəyanat yayaraq tatarların Krım muxtar vilayətinin bərpası tələblərini əsassız sayaraq rədd etdi və Krıma qayıtmaq üçün yalnız məhdud imkanları təsdiqlədi.
1987-ci ilin sentyabrında keçirilən mitinqlərin birində, yayda Qızıl Meydanda Krım tatarlarının iştirakı ilə baş verən hadisələrlə bağlı qızğın müzakirələrdən sonra, iclasın gənc iştirakçılarından onların vətənpərvərlik anlayışını və ekstremal vəziyyətlərdə, insanların bütün sürgün illərində məruz qaldıqları alçaldılmaları, təhqirləri nəzərə alaraq onların doğma torpaqları, həmçinin TASS-ın 24 iyul xəbərindən sonra bütün ölkəni bürümüş könüllülük dalğasını nəzərə alaraq, məsələn, müharibədə davranışlarının necə olacağını soruşdum. Səmərqənd vilayətinin Krım tatarları 26 iyul tarixli qətnaməsində TASS-ın bu hesabatına və soydaşların Qızıl Meydandakı nümayişlərinə yekdilliklə öz münasibətini bildirdilər. lakin bu görüşdə bildiyim kimi, Yengiyül radikallarına münasibətdə 4-5 gənc var idi, baxmayaraq ki, onlar hələ iştirak edənlərin əksəriyyəti ilə açıq şəkildə üz-üzə gəlməyə cəsarət etmirdilər.