Qroznı İES

Qroznı İES — Çeçenistan Respublikasının Qroznı şəhərində inşa edilmiş istilik elektrik stansiyasıdır. Enerjinni verilməsi üçün tikinti müqavilələr proqramı əsasında gerçəkləşdirildi. Qroznı İES-in tikintisi PJSC OGK-2 (Qazprom Energoholding Group) şirkəti tərəfindən həyata keçirilib.

Qroznı İES
Xəritə
Ümumi məlumatlar
Sahibi 2 nömrəli topdan istehsal şirkəti (rus. Оптовая генерирующая компания № 2)
Status fəaliyyətdədir
İstismara verilib 19 dekabr, 2018
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 110 kV
İstilik gücü 360
Avadanlıq xüsusiyyətləri
Əsas yanacaq təbii qaz
Digər məlumatlar
Sayt ogk2.ru
Yerləşməsi
43°17′35″ şm. e. 45°37′33″ ş. u.
Ölkə Rusiya Rusiya
Yer Çeçenistan Respublikası, Qroznı
[[Fayl:|280px|Qroznı İES xəritədə]]
Qroznı İES
Qroznı İES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daima böyüyən Çeçenistan iqtisadiyyatı özünü təmin edəcək enerji resurslarına malik olmaq və Rusiyanın qonşu bölgələrindən enerji asıllığını azaltmaq üçün yeni elektrik stansiyasına ehtiyac duyurdu. Bu səbəbdən Çeçenistan höküməti paytaxt Qroznıda yeni İES-nın tikintisinə qərar verdi. 2015-ci ilin fevral ayında isə Qroznıda investitorların investisiyalarının geri qaytarılmasına zəmanət verə biləcək enerji təchizatı müqavilələlərinə uyğun olaraq ümumi gücü 360 MVt olan iki qaz turbin qurğusunun tikintisi qurğuların siyahısına daxil edilərək həyata keçirildi. Enerji təchizatı müqaviləsi qurğularının əksəriyyətindən fərqli olaraq, yeni elektrik stansiyası orijinal siyahıya daxil edilməmişdir. Belə ki, ərazi Krasnodar vilayətində uğursuz İES tikinti layihəsi olan Kudepstinskaya İES-dən köçürüldü.[1][2].

İnvestorlar — Qazprom Energoholding MMC, müştəri-tərtibatçı — GEH Engineering MMC, dizayner — Mosenergoproekt MMC, baş podratçı — TEK Mosenergo JSC şirkətləri idi.[3]

İnşaat işlərinə 2017-ci ilin fevral ayında başlandı[4] və 19 dekabr 2018-ci ildə İES hərtərəfli sınaqlardan uğurla keçdikdən sonra Qroznı İES-in ilk enerji bloku istismara verildi.[5] Beləliklə, müharibədən sonra ilk dəfə olaraq Çeçenistan Respublikası ərazisində elektrik enerjisi istehsal olunmağa başlandı.

Qroznı İES-in ikinci enerji bloku 2019-cu ilin 28 iyun tarixində istifadəyə verildi.[6]

Yeni elektrik stansiyası Rusiyanın Vahid Enerji Sistemi çərçivəsində fəaliyyət göstərir. Enerji təchizatı müqaviləsinə uyğun olaraq Qroznı İES-in quraşdırılmış elektrik gücü 360 MVt-dır. İstilik elektrik stansiyasının əsas yanacağı təbii qazdır.

Hər bir güc qurğusunda 180 MVt gücündə bir qaz turbin qurğusu var. Güc, 110 kV-luq keçid qurğusuna qoşulmuş 200 MVA və 125 MVA blok transformatorları vasitəsilə verilir.[7]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Qroznı İES, 1994–1996-cı illərdəki hərbi əməliyyatlar zamanı dağıdılmış Qroznı İES-3-ün yerində yerləşir.

  1. "Распоряжение Правительства Российской Федерации от 16 февраля 2015 года № 238-р "О внесении изменений в распоряжение Правительства Российской Федерации от 11 августа 2010 года № 1334-р"". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  2. Наталья Скорлыгина. Грозный получит мощность из Сочи // Коммерсантъ (Ростов). — 2015. — 19 fevral.
  3. "Структура Ротенбергов спроектирует Грозненскую ТЭС для "Газпрома"". Ведомости. 2014-09-08. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  4. "Начато строительство Грозненской ТЭС | ИА Чечня Сегодня". chechnyatoday.com. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-23.
  5. "Введен в эксплуатацию первый энергоблок Грозненской теплоэлектростанции". www.ogk2.ru. 2021-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-23.
  6. "Введен в эксплуатацию второй энергоблок Грозненской теплоэлектростанции" (rus). www.gazprom.ru. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-23.
  7. Ю. Смирнова. "В составе Грозненской ТЭС подготовлена к эксплуатации дожимная компрессорная станция топливного газа - Новости нефти, новости газа, новости ТЭК". neftegaz.ru (rus). Neftegaz.RU. 07. 06.2019. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]