Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikasının Qubadlı rayonunda 1980-ci ilidən 1993-cü ilin avqust ayına qədər fəaliyyət göstərmiş, işğal olunmuş muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri.
Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 26 sentyabr 1968 |
Açılış tarixi | 6 may 1980 |
Yerləşir |
1992-ci ilə qədər Qubadlıda, 1992-ci ildən sonra Azərbaycan, Bakı Sumqayıt şəhəri, Koroğlu prospekti, Sumqayıt şəhər “28 May” Mədəniyyət evinin binasıda |
Direktor | Vaqif Babayev |
Telefon | (018) 644-52-24 |
İş rejimi |
Çərşənbə axşamı - Cümə 10:00 -18:00, Şənbə-Bazar 10:00 - 20:00 İstitahət günü - Bazar ertəsi |
40°34′13″ şm. e. 49°40′42″ ş. u. |
Muzeyə 1980-ci ildən 1992-ci ilədək Məmməd Qalayev rəhbərlik etmişdir. 1992-ci ildən bəri bu vəzifəni Vaqif Babayev icra edir.
Eksponantların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri, taxta və mis qablardan ibarət idi. Müxtəlif etnoqrafik alətlər-xış, vəl, qədim, milli formada olan kişi və qadın geyimləri və s.fərqli ekspozisiyalar sırasında idi. Sovet dövrü bölməsində 1920-ci ildən sonrakı dövrlər kollektivləşmə, kolxoz qurulucuğu 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi, mühaibədən sonrakı dinc quruculıuq illərinə aid stendlər, fotolar, sənədlər və s. əşyalar nümayiş etdirilirdi. 1993-cü ilə qədər, muzey fəaliyyətə başladığı dövrdən işğala qədər burada 5 mindən artıq eksponat qorunub saxlanırdı. Bunların sırasında qədim dovrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi. Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.[2]
Bu kimi əşyalardan ibarət ekspozisiyalar 13 il öz qapılarını müsafirlərin üzünə açdı. 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olundu. Muzeyin eksponantları işğal zonasında qalaraq ermənilər tərəfindən vəhşicəsinə talan edilmişdir və onların sonrakı taleyi məlum deyil. Məcburi köçkünlük dövründə də muzey işçiləri yeni eksponantlar toplayaraq muzeyin fəaliyyətini bərpa etmək istəyirdilər.
1998-ci ildə muzey Sumqayıt şəhərində yerləşən "28 May Mədəniyyət evi"ndə öz işini bərpa etdi. Qısa müddətdə muzeyin fonduna minə qədər eksponant toplandı. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun sayəsində muzey 2013-cü ilin avqust ayında Qubadlı Rayon İcra Hakimiyyətinin binasında müasir standartlara cavab verən geniş və işıqlı otağa köçürülmüşdür. Muzeyin fondu qədim və müasir dövrə aid eksponantlarla daim zənginləşdirilir. Yeni ekspozisiyalar, sərgilər, stendlər, hər kəsdə maraq yaradan guşələr təşkil edilir.
İşğaldan sonra Qubadlı Tarix-Diyarşunaslıq Muzeyi 1998-ci ildə öz işini bərpa edərək Sumqayıt şəhərində "28 May" Mədəniyyət evində fəaliyyət göstərməyə başladı. Hazırda muzeydə 673 növ eksponat qorunub saxlanılır. Bunlara mis, saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkid və s.) aiddir. Muzeydə həmçinin, əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları numayiş olunur. Burada xalq qəhərəmanı Qaçaq Nəbi və Milli qəhrəmanlara aid guşə də fəaliyyət göstərir.