Qucaratlılar - Hindistanda yaşayan hind-ari mənşəli xalq.[1][2][3]
"Qucaratlılar" termini "qucaratta", yəni "qucaratlıların torpağı" anlamındadır.
Qucarat ştatının əsas əhali kütləsi olan qucaratlıların (40 milyon nəfər) 6,79 %-i başqa ştatlarda (Qoa, Daman və Diu, Madya Pradeş, Maharaştra, Racəstan, Andhra-Pradeş, Qərbi Benqal, Karnataka, Bihar və s.), eləcə də Pakistanda (1 milyon nəfər) yaşayırlar. Hindistanın ən böyük şəhərlərindən biri olan Bombeydə (Mumbay) əhalinin 20 %-i qucaratlıdır.[4][5]
Qucaratlıların əcdadları və onlara qohum kastalardan ibarət qucarlar (qucara) Pəncab, Himaçal Pradeş, Racəstan, Haryana, Cammu və Kəşmir və Şərqi Pakistan ərazisində yaşayırlar.
Hind-ari tayfaları olan qucarlar e.ə.I minillikdə Qucarat ərazisinə daxil olaraq, yerli bhil və ariyalıları assimlyasiya etmişlər. Orta əsrlərdə qucarlar etnik baxımdan konsolidasiya olunaraq, Qucaratdeşa ərazilərində (müasir Qucarat və cənubi Racəstan) məskunlaşmışlar. Elə "qucarat" toponimi də Çalukya sülaləsinin (X əsr) dövründən məlumdur. 1406-cı ildə mərkəzi Ahmadabad olan Qucarat sultanlığı yaranmış, bu dövlər XV əsrin sonu-XVI əsrin əvvəllərində güclənmişdir.
Antropoloji baxımdan avropoid irqinin hind-aralıq dənizi tipinə aid olan qucaratlıların dili-qucarati hind-ari dillərindən sayılır. Bu dil şimali (Ahmadabad dialekti), qərbi (kathiyavar), cənubi (surat) dialektlərə ayrılır. Bir sıra statistik məlumatlara görə qucaratlıların 20 %-i (bilinqva) qucarati dilindən başqa hindi, marathi, urdu, sindhi dillərini ikinci ana dilləri sayırlar.
Qucaratlıların əksəriyyəti hinduistdir, burada vişnuizm geniş yayılmışdır. Dvarka, Somnath, Patan kimi qadın tanrılara sitayiş edirlər, əsas dini mərkəzləri Girnar məbədidir. Tayfa tanrıları (kuldeo) Pithad, Khodiyar, Barundev, Aşapuradevi, Çamunda və s., kənd icma tanrıları (qandeo) Kşetorpardada, Mata, Bacanqbali və başqalarıdır. Dehlidə yaşayan qucaratlılar arasında Svami Narayana kultu populyardır. Qucaratlılar arasında müsəlman, xristian, cayn olanları da vardır.
Qucaratlıların ənənəvi məşğuliyyəti əkinçilikdir, burada cavar, bacra (darı növü), taxıl, qarğıdalı, fıstıq və s. əkilib becərilir, qoşqu heyvanları, zebu, qoyun, keçi bəslənilir. XIX-XX əsrlərdə burada toxuculuq sənayesi güclü inkişaf etmişdir. İpək ("parça kinqhab", “çundari”, "batik") və pambıq toxuculuğu inkişaf etmiş, "kutç" tikməsi, dulusçuluq, "kativar" boyaqçılığı, daş və ağacişləmə, basmanaxış, zərgər işi geniş yayılmışdır. Dehlidə yaşayan qucaratlılar əksər hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Qucaratlıların şəhər evləri ümumhind tipindən fərqlənmir, ev kərpic və daşdan hörülür, örtülü və daxili həyətdən ibarət olur, qapı, pəncərə ağacişləmələrlə bəzədilir. Ahmadabad, Vadodara şəhərləri arxitektur abidələrl zəngindir.
Qucarat kəndləri kifayət qədər sıx əhaliyə malikdir, burada ənənəvi evlər bir və iki otaqlı, kərpic və daşla hörülür, damlar kirəmitli olur. Ortasında dirək olan dairəvi, güzgülü divarları olan evlər də tikilir. Bu xalqın geyimləri ümumhind xarakterlidir, yuxarı kastalar sari və dhoti geyinir, kişilər ayağından büzülmüş şalvar (payjama), uzun qollu köynəklərə üstünlük verirlər. Qadınlar isə sadə, tikməli çoxlu kiçik güzgülər bərkidilmiş uzun ətək və köynək geyinir, çiyinlərinə şal örtür, çoxlu bəzəklər taxırlar.
Qucaratlıların yeməkləri arasında yaşıl noxud və tərəvəzlə doldurulmuş “çapati”, düyü, balıq, toyuq əti, qoyun əti xüsusi yer tutur. Racəstan kşatriləri və aşağı catilər (kasta) istisna olmaqla, onların əksəriyyəti tam və ya qismən vegeteriandırlar. Racəstan (Caypur, Udaypur, Acmer) kşatriləri arasında qeyri-vegeterian yeməkləri əsasən kişilər evdə olmayanda yeyirlər. Qida rasionunun əsasını taxıl, düyü, bacra və paxlalılar təşkil edir. Aşağı kastalar arasında evdə alkoqol içkilərinin hazırlanması yayılmışdır.
Qucaratlıların ailəsi monoqam, patrilokal, kiçik ailələrdir. Onların arasında endoqam kastaları mövcuddur: Brahmanlar (naqar, anavil, audih, şrimali, modh), kşatrilər, racputlar, baniya, lohana, patel, kaççi kimi yüksək kasta icmaları, carci, kumbhar kimi aşağı kastalar və bir sıra “qeydə alınmış” (keçmiş "toxunulmazlar") icmalar vardır. Yuxarı kastalar (qotra) arasında endoqam və ekzoqam nikahlar yayılmışdır, kross-kuzen nikahlara nadir hallarda rast gəlinir, bu da aşağı kastalarda qeydə alınır. Nikah zamanı bacıların dəyişdirilməsi adəti vardır. Boşanmalara kifayət qədər az rast gəlinir, dul kişinin ikinci dəfə evlənməsinə icazə verilir.
Hamiləlik zamanı qadın bir çox qadağalara, məhdudiyyətlərə əməl edir. Kşatri qucaratlar toy mərasimi zamanı toran, khandu kapera adətlərini yerinə yetirirlər.
Anti-British sentiment led to a strong Gujarati participation in the Indian independence movement.
There are over half a million Gujarati in America today.
Nevertheless, the half or million so Gujaratis in the United States, referred to as Gujjus, are entrepreneurial by nature...