Tüklü palıd (lat. Quercus pubescens) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Tüklü palıd | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tüklü palıd |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yabani halda Cənubi Krımda, Zaqafqaziyanın şimal hissəsində, Cənubi Avropada və Kiçik Asiyada bitir.
Hündürlüyi 8–10 m-dək, enli çətirli ağac və ya koldur. Gövdəsinin və budaqlarının qabığı tünd bozumtul rənglidir. Yarpaq saplağı və yarpaqları tüklü, kənarları bütöv və ya seyrək dişlidir. Düz qalxan gövdəsi silindrvari formalıdır. Cavan zoğları çox tükcüklüdür. Yarpaqların uzunluğu 5–10 sm, forma və ölçülərinə görə çox dəyişkən, 4–8 cüt küt və ya ucu biz qanadlı, üstü tünd yaşıl, çılpaq, alt tərəfi boz-yaşıl tükcüklüdür. May ayında çiçəkləyir, qozaları noyabr ayında yetişir. Qozanı əhatə edən pulcuqları tükcüklüdür.
Yavaş böyüyür, işıq və istisevəndir, quru daşlı yamaclarda və əhəngli torpaqlarda bitir. Budanmanı yaxşı keçirir. Uzunömürlüdür. Şaxtaya və quraqlığa davamlıdır. Quraqlıq rayonlarda yaşıllaşdırma üçün qiymətli növdür, daşlı, digər növlər inkişaf etməyən torpaqlarda bitir.
Bəzi rayonlarda park və bağlarda rast gəlinir.
Hündür canlı hasarlar və fiqurlu, budanmış formalar üçün gözəl materialdır. Mantar palıdı və digər istisevən cənub növləri yaşıllaşdırma üçün əlverişlidir.