Bu məqaləni vikiləşdirmək lazımdır. |
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Mantar palıdı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Mantar palıdı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir.
Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Qozaları birinci il yetişir. Qozaları uzunsov-oval formalı və 3 sm uzunluqdadır. Çanaxcığın pulcuqları neştər formalı, aşağı tərəfdən bir qədər qısa, yuxarı tərəfdən isə 0,5 −0,7 sm uzunluqda, qalın, boz tükcüklərlə əhatə olunmuşdur. Meyvəsi sentyabr ayından yetişməyə başlayır və növbəti ilin fevral ayına qədər tökülüb qurtarır. Uzunömürlüdür, 300 ilə qədər yaşayır. Toxumla çoxalır. Qələmlə çoxaldılma zamanı kökbağlama faizi çox aşağı olur. Kəsildikdə güclü pöhrə verərək bərpa olunur. Bu növün əsas xüsusiyyəti gövdə və budaqlarda qalın mantar qatının olmasıdır.
İsti və işıqsevən, qurağlığa davamlıdır. Torpağa tələbkar deyildir.
Abşeron, Lənkəran, Masallı, Oğuz və Zaqatala rayonlarının dağətəyi ərazilərində becərilir. Mədəni şəraitdə istifadə edilir.
Həmişəyaşıl palıdlara aiddir və bağ-park yaşıllaşdırılmasında kiçik qrup və tək əkinlər kimi istifadə edilir. Gövdəsinin qabığından tıxac hazırlanır.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T. S. Məmmədov