Qulamhüseyn İbrahimi Dinani — (fars. غلامحسین ابراهیمی دینانی; 26 noyabr 1934, İsfahan) İranlı filosof və yazıçıdır. Onun məşhur olmasının bir səbəbi də Ş. Sührəvərdi fəlsəfəsi sahəsində araşdırmaları və son illərdə işraqilik fəlsəfəsinin dirçəlişi ilə bağlıdır. Dinani İbn Sina, İbn Rüşd, Sührəvərdi, Molla Sədra fəlsəfəsi, ümumiyyətlə, İslam fəlsəfəsinin cərəyanları və müsəlman filosoflarının düşüncələri üzərində xüsusi şəkildə tədqiqatlar aparmış və məharətə malikdir. Hazırda Tehran Universitetinin Ədəbiyyat və Humanitar Elmlər fakültəsinin fəlsəfə kafedrasının təqaüdçü professorudur.
Qulamhüseyn İbrahimi Dinani | |
---|---|
Doğum tarixi | 26 noyabr 1934 (89 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | İranlı |
Elm sahələri | Fəlsəfə və Məntiq |
Elmi dərəcəsi | Professor |
İş yeri | Tehran Universiteti |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qulamhüseyn İbrahimi Dinani 26 dekabr. 1934-cü ildə İsfahan əyalətinin Dinan şəhərində anadan olmuşdur. İbtidai təhsilini kəndlərində aldıqdan sonra İsfahandakı Nimavard seminariyasında dini təhsil alıb. Müqəddimat kursunu və fəlsəfənin əsaslarını bitirdikdən sonra Qum elmi hövzəsinə və seminariyasına daxil olur. Xaric fiqhi və Üsul prinsiplərini böyük məharətlə öyrənməklə yanaşı, Əllamə Təbatəbaidən də fəlsəfə öyrənmişdir. Fəlsəfəni Qumda Seyid Məhəmmədhüseyn Təbatəbai ilə yüksək səviyyədə oxudu və onun xüsusi tələbələrindən olmuşdur.