Molla Sədra

Sədrəddin Şirazi və ya Molla Sadra (1571[1], Şiraz1641[2], Bəsrə) — müsəlman filosofu.

Sədrəddin Şirazi
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Elm sahələri fəlsəfə, sufilik
Tanınmış yetirmələri Molla Möhsün Feyz Kaşani, Əbdur-Rzzaq Lahici, Həkim Hüseyn bin İbrahim Tənkabuni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır.

Molla Sadra fəlsəfəsinin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur. Birincisi, onun əsərləri bunu söyləməyə bizə imkan verir. Xüsusilə onun başlıca çox cildlik əsəri "Ağılın dörd səyahəti" – bir növ islam fəlsəfəsinin ensiklopediyasıdır. Öz sələflərinin ideyalarını olduqca ətraflı ifadə edən Molla Sadra onların fəlsəfi ideyalarının dərin tənqidi təhlilini vermişdir. İkincisi, Molla Sadra müəllimi Mir Məhəmməd Bakir Damad tərəfindən əsası qoyulmuş Isfahan fəlsəfi məktəbini daha da gücləndirmişdir. Bu fəlsəfi məktəbin meydana çıxması Iranın islam fəlsəfəsinin tarixində dönüş olmuşdur. O islam dünyasına bir sıra nəhəng filosoflar bəxş etmişdir. Ən istedadlı adamlar, o cümlədən Molla Sadra kimi filosof tərəfindən kamilliyə çatdırılan Isfahan fəlsəfi ənənələri "transendent mudriklik" adı ilə məşhur olmuşdur. O diskursiv düşüncənin intuitiv nurlanmanın və praktiki müdrikliyin yaxınlaşmasının nümunəsi kimi özünü göstərmişdir.

Molla Sədranın nəzəriyyələri

[redaktə | mənbəni redaktə et]

Molla Sadra yaşadığı dövrdə teologiya yaxşı inkişaf etmiş elm idi və fəlsəfənin istifadə etdiyi lüğətdən teologiya da istifadə edirdi. Molla Sadra texniki terminlərin və fəlsəfə ilə teologiyanın metodologiyasının identikliyinə diqqət yetirmişdir. Molla Sadranın çıxardığı nəticə ondan ibarətdir ki, islam fəlsəfəsi digər intellektual elmlər kimi müstəqil elmi fənn kimi inkişaf etməmişdir, əksinə başlıca olaraq şəriət məsələlərinin həlli ilə əlaqədar inkişaf edən fənn olumuşdur.

Kalam elminə münasibətə gəldikdə isə Molla Sadra ikili mövqe tutur, bir tərəfdən teoloji metodologiyaya qarşı çıxır, digər tərəfdən teologiyanın predmet obyektinin həqiqiliyini etiraf edir. Molla Sadra teoloqların arqumentlərini sübut edə bilmədiyinin səbəblərini göstərməyə cəhd edir, digər tərəfdən o ehtiyatlıdır və teoloji inamla bağlı dəyərlərin şübhə obyekti olmasını istəmir. Zamanda yaradılışla bağlı əbədiyyət və ölülər dünyasından, qayıtma (dirilmə) məsələlərini şərh edən əsərində Molla Sadra fəlsəfə və teologiyanın bir–birinə uyğun gəlməyən bəzi mövqelərini yaxınlaşdırmağa çalışır. Molla Sadra İbn Sina fəlsəfəsinin əsas müddəalarını, o cümlədən, zəruri mövcud olandan işıq verməsindən, mövcud olanın sırasında zəruri mövcud olanın varlığı müddəalarını saxlayırdı. Lakin o özü üçün ötəri olmayan fəlsəfi prinsiplərin açıqlanmasına aparan şəxsi intiusiyasını ortaya çıxararaq İbn Sinadan əl çəkirdi. İbn Sina prinsiplərinin mənbəyi diskursiv fəlsəfədə və onun məntiqindədir. Bu məntiq fəlsəfi kateqoriyaların rasionallaşmasına əsaslanır. Molla Sadranın "transendental məntiqi" onun şəxsi və abstrakt intitusiyası sayəsində yaranır. Molla Sadra bu prinsipləri "şərq fəlsəfəsinin prinsipləri" və "transendent prinsipləri" adlandırır. Molla Sadra islam mistikasının güclü təsirini– sufizmin həm nəzəri, həm də praktiki təcrübəsinin təsirini görmüşdür. Nəzəri planda ona əndəlus mistiki İbn əl Ərəbinin dünyagörüşü güclü təsir göstərmişdir. Əslində Molla Sadranın istifadə etdiyi çoxsaylı terminlər İbn Ərəbinin islam qnosisi mövzusunda yazdığı şərhlərindən götürülmüşdür. Molla Sadra Allahın mahiyyətinin insan tərəfindən başa düşülməsini və digər məsələlərin şərhini İbn Ərəbidə tapır, Sufi yolunun praktiki aspektinə gəldikdə isə Molla Sadra askezi idrak yolunun zəruri hissəsi kimi görür və praktikanın antinomik və ifratçılığını rədd edir. Idrak yollarının sırasında gəldikdə isə Molla Sadra biliyi iki tipə bölür: hissi qavrayışın və ya göstərişlərin köməyi ilə əldə edilənlər və intiutiv işıqlanmanın vasitəsilə (meditasiyasının olması modeli) əldə edilənlər hissi qavrayışın və göstərişlərin əsasında yaranan biliyi də ənənəvi təsnifatdan istifadə edərək bölməyə məcbur olur (bunu peripatetiklərdə edirdilər). Bu bölgüdə iki hissə nəzəri və praktiki hissə mühüm yer tutur. Nəzəri elmlərə məntiq, riyaziyyat, naturfəlsəfə və metafizika, praktiki elmlərə isə, etika, siyasət və iqtisadiyyat daxildir.

Elmlərin təsnifatı

[redaktə | mənbəni redaktə et]

Elmlərin təsnifatı prosesində Molla Sadra universal bilik sistemini tərtib etmək istəyir. Onun sahələrinin çoxsaylı olmasına baxmayaraq Molla Sadranın bütün fəlsəfəsinin qəlbi olan Vəhdətin dərk edilməsinə doğru aparır. Biliyə bu cür yanaşma, praktiki müdrikliyi də bura daxil etsək idrakın müxtəlif modellərini özündə birləşdirir. Molla Sadra üçün Bilik təkcə informativ funksiya ilə deyil həm də transformativ funksiyaya malikdir.

Molla Sadranın mövcudiyyət, dəyişiklik və idrak nəzəriyyələri sahəsində də maraqlı fikirləri olmuşdur. Molla Sadra ensiklopedik biliyə malik olduğundan özündən əvvəl yaşayıb yaratmış mütəfəkkirlərin ideya, nəzəriyyə, fikir və konsepsiyalarının dərin və dəqiq təhlilini verə bilmiş, bunun sayəsində də islam fəlsəfəsini nəzərə çarpacaq dərəcədə zənginləşdirə bilmişdir. Molla Sadranın İslam fəlsəfəsinə verdikləri, 1) Varlıq problemlərinə dair şərhlər bunun da sayəsində Varlığın birliyi təlimini yaratmışdır; 2) hərəkətdə nisbi dəyişikliklərin yaranmasının tədqiqi (bu "substansial hərəkət" adı ilə məşhurdur), daha dəqiq desək, Allahı çıxmaq şərtilə təbiətdə və dünyada daimi hərəkət nəzəriyyəsi, 3) Idrakın, dərk edilən və dərk edənin birliyi konsepsiyası.

"Şərq nurları" (işraqiyyə) məktəbinin əsasını qoyan əs Sührəvərdinin və öz müəllimi Mir Damadın terminologiyasından istifadə edərək Molla Sadra mahiyyətin mövcudluğu üzərində üstünlüyünə əsaslanan yuxarıda adlarını çəkdiyimiz mütəfəkkirlərin varlıq sxemlərini düzgün başa düşür və özünün nurların metafizikası kimi şəxsi versiyasını formulə edir. O təsdiq edir ki, mövcudiyyət mövcud olan şeylərin əsas prinsipial aspektidir və o Varlığın aksidenisiyası kimi çıxış edir. Bundan başqa mövcudiyyət və yaxud varlıq (əksər islam filosofları, o cümlədən Molla Sadra üçün onlar eyni şeydir) müstəqil mövcuddurlar, lakin əslində Varlıqdan asılıdır və özü xüsusi reallıqdan məhrumdur. Mövcudiyyətin klassik bölgüsünü nəzərdən keçirən Molla Sadra zəruri, mümkün və mümkün olmayan bölgüsünü qəbul edir. Bunu Ibn Sina da qəbul etmişdir. Molla Sadra kopulyativ mövcudiyyət və qeyri–kopulyativ mövcudiyyət aspektlərini işləyib hazırlayır. Kopulyativ Varlıq subyekti predikatla əlaqələndirir. Aşağıdakı fikrə nəzər yetirək "Sokrat filosofdur" kimdir, nədir sualının cavabı əlaqələndirici funksiya filosofla Sokratı əlaqələndirir. Filosofun varlığı Sokratla əlaqələnir, ikinci halda isə ekzistensial funksiyanı, daha dəqiq desək mövcud olan şeylərin mövcudiyyəti irəli sürülür. Bizim nümunədə Sokratın filosof kimi mövcudluğu dediklərimizə sübut ola bilər. Molla Sadra "Malik olmaq" və "olmaq" felinin işlənməsinə xüsusi diqqət yetirir. Ikinci halda təsdiq edir ki. "Olmaq" maddi dünyada Allahı çıxmaq şərtilə kopulyativdir, çünki Allah saf kateqoriya kimi mahiyyətdən kənardadır.

Molla Sadra Platonun "növlərin hakimi" kimi arxetiplər haqqında konsepsiyasını qəbul edir. Molla Sadranın fikrincə maddi dünya varlığın səviyyəsidir və öz xarakteristikasını arxetip dünyadan götürür. Maddi dünyanın arxetiplikdən ayrılması "yüksəkdə olmaq imkanı" prinsipilə (İmkan əl Əşrəf qaydası) aparır. Həmin prinsip Molla Sadranın tanınmasında həlledici rol oynamışdır. Bu prinsip aşağıdakı müddəaları əhatə edir: maddi dünyada hər şey qeyri– mükəmməllikdən kamilliyə doğru hərəkət edir, həmin hərəkət qeyri–maddi dünyada sinxron kosmik dubla malikdir.

Molla Sadra ilyuministləri "şərq nurları" (işraqilik) təliminin tərəfdarlarını tənqid etmişdir. Onların mübahisəsi mövcudiyyətin mahiyyəti üzərində üstünlüyü və prinsipiallığı haqqında mübahisədən kənara çıxır və özünə "hilemorfizm" nəzəriyyəsini də özünə daxil edir. Beləliklə, obyektlər dünyası materiyanın ən aşağı səviyyəsinə müncər olunur, ruh materiyanın ən yüksək səviyyəsinə uyğun gəlir. Bu fasiləsiz və yüksələn proses intelligibel dünyada– mövcudluğun materiyadan tamamilə azad olunduğu şəraitdə özünün kuliminasiya nöqtəsinə çata bilir. Molla Sadranın fəlsəfəsi islam fəlsəfəsi tarixində unikal hadisədir, çünki o hərəkətə substansiyada mövcud olmaq imkanı verir. Bu Ibn Sina mövqelərindən kanara çıxmaq demək idi. Çünki Ibn– Sina substansiyada hərəkətə daimi dəyişikliklərə və itkilərə aparıb çıxaran kimi baxırdı. Itki isə şeylərin identikliyini təşkil edirdi. Molla Sadra təbiətdə daimi hərəkət nəzəriyyəsini əsaslandırmaqdan ötəri bir sıra arqumentlərdən istifadə edir. Alma yetişən zaman təkcə onun aksidenisyası deyil, eyni zamanda həmin almanın təbiəti də dəyişməlidir. Mahiyyətcə potensiya aktuallaşan zaman Molla Sadranın, fikrincə həm aksidensiyalarda, həm də təbiətdə dəyişikliyi göstərir. Molla Sadra elan edir ki, aksidensiyada yaranan hər bir dəyişiklik üçün təbiətdə müvafiq dəyişikliklər baş verməlidir. Çünki aksidensiyalar öz xassələrinə görə təbiətdən asılıdır. Beləliklə almada əmələ gələn dəyişikliklər bu yaradılış nümunəsi aşağıdakıları ifadə edir. Birincisi, dünya çaya bənzəyir, daim axır dəyişir; ikincisi, dəyişiklik zərurətdən yaranır. Çünki Allahdan başqa heç nə daimi və dəyişilməz ola bilməz; üçüncüsü, dünyadakı bu dəyişiklik aksidensiya deyil, onun öz təbiətinin bir hissəsidir. Molla Sadranın dünyagörüşünə görə bu dəyişikliklər kainatı hərəkətə gətirən qüvvə kimi çıxış edir. Hərəkət sadəcə olaraq mövcud olmur, dünyada yeganə reallıq olduğunu bir daha sübut edir. Ancaq dəyişiklik və təbiətin yeganə mühüm xassəsi daimi hərəkətdir.

Molla Sadra substansional hərəkət haqqında təlimdən istifadə edərək zaman konsepsiyasına işıq salmaq istəyir. Həm Aristotelə görə, həm də Molla Sadra görə zaman– hərəkətin kəmiyyətidir, lakin fərq ondadır ki, Molla Sadra görə kəmiyyətdə dəyişiklik – təbiətdəki dəyişikliyin kəmiyyətidir. Zamana təkcə kəmiyyət deyil, həm də ontoloji aspektdə baxmaq lazımdır. Təbiətdə hərəkət həm kamilliyin ölçüsüdür, həm də məqsəd və istiqamətə malikdir və onu zərurət faktoru müşaiyyət edir.

Hər şeyin hərəkətdə olması və hərəkətdə az kamillikdən mükəmməlliyə doğru getməsi faktı Molla Sadra üçün onu ifadə edir ki, bütün dünya mütləq Ali Kamilliyə, Allaha doğru can atır. Bu müddəadan çıxan əsas nəticə budur ki, dünya bəzi anlamlarda özünün varlığının vəziyyətini dərk edir və özünün mənbəyi ilə birləşməyə doğru hərəkət edir. Təbiətdəki hərəkət onu ifadə edir ki, obyektin identikliyi həmişə dəyişir. Molla Sadra fikrini belə yekunlaşdırır ki, hərəkətin bu tipi hər bir məqamda yaradılış tipini daşıyır. Başqa sözlə desək, Allah Təbiətdə hərəkət vasitəsilə hər bir məqamda bir an içində dünya yaradır. Allahın reallığı onun yaratdığı ilə özünü göstərir. Molla Sadra dünyanı əbədi hesab edən peripatiklərə və dünyanın heç nədən yaradılmasını irəli sürən ilahiyyatçılarla yaxınlaşdırmaq istəyir. Molla Sadra görə dünya Allahın "davamı" kimi əbədi mövcud olmuşdur. Bir halda o zamanda yaranmışsa mövcudluğa malik olmadan təzədən yaradılır. Dərk edənin, dərk edilənin və idrakın vəhdəti Molla Sadranın fəlsəfəsində dərin kök salmışdır. Bir halda ki, Allahın mahiyyəti və varlıq eyni şeydirsə, bütün şeylər ondan yaranırsa o eyni zamanda dərk edəndir, dərk ediləndir və Biliyin özüdür.

Deyilənlərdən belə çıxır ki, yuxarıda qeyd etdiyimiz biliyi qazanmaqdan ötəri mütləq Allahla vəhdətə nail olmaq lazımdır. Əks istiqamətdə də bu məntiqi nəticə yenidən işləyir, kimsə vəhdətin dərk edilməsinə çatıbsa öz mahiyyətinə görə o dərk edən və dərk edilən və bilik olur. Bilikdə vəhdətdə insan universal olur. Bu səbəbdən Molla Sadra özünün çoxcidlik "Əqlin dörd səyahəti" əsərində əqlin "mənəvi səfərindən" danışır. Onun Allahdan "ayrılmasından" başlayaraq onun "Allahla" vəhdətə nail olması bu qəbildəndir. Molla Sadra təkcə mürəkkəb fəlsəfi arqumentləri cəlb etmir, eyni zamanda Allahın mahiyyətinin göründüyü qnostik obrazla mənzərədən də istifadə edir. Burada Allah bütün şeylərin mahiyyətini dərk edir. Molla Sadra heç vaxt birbaşa elan etməmişdir ki, Allahla birləşmə – idrakın zəruri şərtidir. Onun bütün fəlsəfəsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu hal öz–özünə baş verir.

Molla Sadranın təlimi İslam fəlsəfəsində çevriliş etmişdir. Onun müəllimi kimi fəaliyyəti də böyük fayda vermişdir. Böyük mütəfəkkirin şagirdlərindən bəziləri özləri görkəmli filosof olmuşdurlar. Həm də onlar öz müəllimlərinin güclü təbliğatçıları kimi də fəaliyyət göstərmişlər.

Molla Sadranın fəlsəfəsinin populyarlığı tənəzzül nə olduğunu bilməmişdir. Onun fəlsəfəsi XVIII–XIX əsrlərdə İranda yenidən güclü surətdə canlandırılmışdır.

Müasir dövrdə İranda və islam dünyasının şərq regionlarında fəlsəfə hələ də Molla Sadranın və onun şagirdlərinin təlimlərinin təsiri altındadır.

Molla Sadra üç, dəqiq fərqlənən müxtəlif tipli əsərlərin müəllifləridir. Bunlar:

  • a) Qurana və hədislərə yazılan şərhlər;
  • b) polemik işlər;
  • v) fəlsəfi traktatlardır.

Onun Quranın bir sıra ayələrinə xüsusilə işığa həsr olunmuş ayələrə şərhləri müqəddəs kitabın Molla Sadra tərəfindən ezoterik oxunmasından xəbər verir. O, eyni zamanda imamiyyə imamlarının fikirlərinə şərhlər – monumental əsərlər yazaraq onlardakı ezoterik mənanı aydınlaşdırmışdır. Onun polemikası sufi antinomistlərə, onların dini qanunları pozmasına qarşı çevrilmişdir. Nəhayət, üçüncüsü, Molla Sadranın elə əsərləri də vardır ki, onların əksəriyyəti intellektual elita və erudisiyalı alim – bilicilər üçün nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, həmin əsərlər əsaslı şəkildə ənənəvi islam fəlsəfəsi mövzusunda hazırlanmışdır. Molla Sadra öz dünyagörüşündə sxolastik teologiyanın disput ideyalarını İbn Sinanın metafizikasını və İbn əl- Ərəbinin mistik düşüncələrini sintezləşdirmişdir. Nəticədə müdriklik ənənələri təzahür etmişdir ki, o da öz kökünü hər yerdə- teologiyanın ənənəvi peripetiyalarında, filosofların diskursiv düşüncələrində və bilavasitə sufilərin təcrübəsində tapa bilmişdir. Molla Sadra iki böyük filosofun təsiri altında olmuşdur. Bu filosoflar İbn Sinaişraq fəlsəfəsi məktəbinin banisi Şihabəddin Yəhya Sührəvərdidir. Molla Sadra İbn Sinanın fəlsəfəsini Şihabəddin Yəhya Sührəvərdinin mövqeyindən şərh edir. O, eyni zamanda Ş.Sührəvərdinin ontologiyasını fundamental surətdə nəzərdən keçirmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]