Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür. Bu qişaların arasında lifli birləşdirici toxumadan təşkil olunmuş xüsusi səfhə - lat. lamina propria vardır. Bu səhfəni təşkil edən birləşdirici toxuma lifləri qulaq pərdəsinin çevrəsində şüa istiqamətdə (lat. stratum radiatum) və mərkəzində dirəvi surətdə (lat. stratum circularae) gedir. Qulaq pərdəsinin yuxarı hissəsi lifli toxumadan məhrumdur; burada o, yalnız selikli qişadan, epidermis qatından və bunların arasında olan boş hücrəli toxumadan təşkil olunmuşdur; buna görə qulaq pərdəsinin bu hissəsi az gərgindir və sallanmış hissə - lat. pars flaccida adlanır; yerdə qalan və çox gərgin olan hissəyə gərginləşmiş hissə - lat. pars tensa deyilir. Qulaq pərdəsinin vəziyyətinə gəldukdə o, həm üfüqi səthə və həmdə orta səthə nisbətən bayıra və dala doğru açılmış 45° bucaq təşkil edir; xarici qulaq keçəcəyinin sanki dal-yuxarı divarının ardıdır.
Qulaq pərdəsi | |
---|---|
| |
| |
Latınca | membrana tympani |
Sistem | Duyğu-hissiyyat |
Üzv | Müvazinət-eşitmə |
MeSH | Tympanic+Membrane+Lydia |
Dorlands/Elsevier | Tympanic membrane |
Vikianbarda əlaqəli mediafayllar |