Qum şırnağı ilə emal

Səthin tozsuz qum ilə emalı.

Qum şırnağı ilə emal dedikdə materialın və ya pəstahın səthinin pardaqlama vasitəsi kimi qumdan istifadə etməklə paslanma, çirk, rəng və digər qalıq materiallardan təmizlənməsi başa düşülür. Güclü kompressor vasitəsilə yaradılan hava axını pardaqlayıcı materialı (qum, bəzi hallarda şüşüə qranulatı, korund, süni material qranulatı və ya soda) çəndən götürür. Beləliklə yaradılmış pardaqlayıcı material-hava qarışığı xüsusi şlanq-ucluq sisteminin tətbiqi ilə yüksək təzyiq altında emal edilən səthə vurulur. Pardaqalyıcı materialın abraziv təsiri hissənin səthində hissəciklər qopardılır və kənarlaşdırılır. Qum şırnağı ilə emal həm tikintidə, həm də metal emalında tətbiq olunur. Tiklilərdə köhnəlmiş üz qatlarını çıxarmaqla bərabər bu üsulla metalların səthində qalmış rəng qalıqlarını təmizləmək, həmçinin süni materialların (məsələn: diş protezləri) səthinin təmizlənməsi mümkündür.

Təmizləmə prosesi açıqlıqda, kabinlərdə, əl və ya avtomatik aparıla bilir.