Qumar turizmi

Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır.

Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir.[1]

Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur.

ABŞ-də qumar turizmi

[redaktə | mənbəni redaktə et]

ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s. ABŞ-də qumar və kazinoların sürətlə inkişafı təkcə yerli amerikalıların bu sahədə qızğın fəaliyyətlərini əks etdirmir. 2018-ci ildə Ali Məhkəmənin yeni qərarından sonra bir çox ştatlar kazinolara qoyulan məhdudiyyətləri yumşaltdı, idman mərc oyunlarını leqallaşdırdı.[2]

Çində qumar turizmi

[redaktə | mənbəni redaktə et]

Makao Las-Veqasın ən böyük xarici rəqiblərindən hesab olunur. Belə ki, Makaonun qumar sənayesində nəhəngə çevrilməsiylə 2010-cu ildə qumar daxilolmalarına görə Las-Veqası geridə qoya bildi. Las-Veqasda olduğu kimi Makaoda da əsas diqqət böyük məbləğlər xərcləməyə meyilli olan VİP müştəriləri yüksək xidmətlərlə təmin etməyə yönəlmişdi. Nəticədə 2013-cu ildə bu sektor üzrə turistlərin axınında böyük artım baş verdi. Təbii ki, bu qəfil artım 2014-cü ildə Xi Jinping hökümətinin anti-korrupsiya tədbirləri ilə dayandırıldı. Nəticədə, turistlər başqa bazarlara yönəldi.[3]

  1. "Qumar turizminin faydaları". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-02.
  2. "Oyun və qumar turizmi". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-02.
  3. "Qumar turizmdə böyük biznesdir". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-02.