Qumluqdakı qadın

Qumluqdakı qadın (砂の女, Suna no onna?, azərb. Qum qadını‎) – Yaponiya yazıçısı Kobo Abe tərəfindən 1962-ci ildə nəşr olunmuş roman.[1] Avanqard alleqoriya üslubunda olan bu roman İkinci dünya müharibəsindən sonra ən yaxşı Yaponiya romanlarından biri hesab olunur.[1] Abenin ingilis dilinə tərcümə olunan ilk romanlarından biridir.[1] 2021-ci ildə Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.[2]

Qumluqdakı qadın
Suna no onna (砂の女?, azərb. Qum qadını‎)
Müəllif Kobo Abe
Orijinalın dili yapon dili
Ölkə
Orijinalın nəşr ili 8 iyun 1962
Tərcüməçi Azərbaycan Nəriman Əbdülrəhmanlı
Nəşriyyat Shinchosha
Səhifə 218

Roman əsasında 1964-cü ildə rejissor Teşiqahara Hiroşi tərəfindən çəkilmiş film adaptasiyası Yaponiya kinematoqrafiyasının klassiklərindən hesab olunur.[3] Filmin uğuru romanı və Yaponiya ədəbiyyatını ABŞ və İngiltərədə populyarlaşdırmışdır.[3]

Məzmun[redaktə | mənbəni redaktə et]

Romanın baş qəhrəmanı Niki Cumpey adlı həvəskar entomoloqdur.[1] Araşdırması üçün bir səhraya səyahət edən Niki sakinlərinin yaşamaq üçün daim qum çuxuru qazdığı qəribə kəndlə qarşılaşır.[1] Kəndlilər tərəfindən qum çuxurlarının birində həbs edilən Niki bir dul qadınla kəndi təhdid edən qumları qazmağa məcbur edilir.[1] Roman Nikinin qum çuxurundan qaçmaq cəhdlərindən və qadınla münasibətindən bəhs edir.[1] Baş qəhrəman əvvəlcə müqavimət göstərsə də, şəhər həyatında yaşamadığı azadlığı qum çuxurunda əldə etdiyini kəşf edir[4] və vaxt keçdikcə yeni şəxsiyyətini qəbul etməyə başlayır.[1]

Analiz[redaktə | mənbəni redaktə et]

Əsər Frans Kafkanın əsərləri ilə müqayisə olunur.[1] Əsər qeyri-adi süjet xəttinə, qumun ətraflı təsvirinə və insan mövcudluğunun araşdırmasına görə qeyd olunur.[1]

Müəllifin iki böyük marağı olan riyaziyyat və böcək toplama bu romanda geniş əksini tapmışdır.[3] Kobo Abenin əsərlərində istifadə etdiyi "ovçunun ova çevrilməsi" konsepsiyası bu əsərdə də müşahidə olunur;[4] Nikki böcək tutmaq üçün səyahətə çıxsa da, özü kəndlilər tərəfindən tutulur.[4] Kobo Abenin əsərlərində yer verdiyi digər mövzu isə şəhər həyatının insan mövcudluğuna təsiri, "şəhər labirinti"ndə insanın itməsidir və bu əsərin axırında da baş qəhrəman şəhər həyatında əl çəkmək qərarına gəlir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Qumluqdakı qadın Encyclopædia Britannica Online ensiklopediyasında
  2. "Qumluqdakı qadın". Ali and Nino. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2022.
  3. 1 2 3 Lewell. səh. 14
  4. 1 2 3 4 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]