Qəhrəman şəhər

Qəhrəman şəhərlər SSRİ-nin Avropa hissəsinin xəritəsində

Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir.

Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi. II Dünya müharibəsindən sonra SSRİ-nin Leninqrad, Odessa, Sevastopol, Stalinqrad, Kiyev, Kerç, Moskva, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk şəhərləri və Brest qalası qəhrəman şəhər elan edilmişdir.

Qəhrəman şəhər termini ilk dəfə II Dünya müharibəsi zamanı Şərq cəbhəsində Barbarossa əməliyyatı ilə Üçüncü Reyxin hücumlarına məruz qalan SSRİ mətbuatı tərəfindən işlədilmişdir. Pravda qəzetinin 1942-ci ildə nəşr edilən sayında nasistlərə qarşı aparılan mübarizədə sovet şəhərlərinin qəhrəmanlığından söhbət açılır. Rəsmi yazışmalarda isə ilk dəfə olaraq 1945-ci ilin 1 may tarixində İosif Stalin tərəfindən imzalanan 20 nömrəli əmrdə qəhrəman şəhər sözündən istifadə edilir.

İmzalanan əmrdə Leninqrad, Odessa, SevastopolStalinqrad şəhərləri üçün top atışının həyata keçirilməsi tələb olunur. İlk qəhrəman şəhər titulu hal-hazırda Sankt-Peterburq olaraq adlandırılan Leninqrad şəhərinə verilmişdir. Şəhərlərin fəxri ada layiq görülməsi ardıcılığı isə aşağıdakı kimidir.

Ölkə Qəhrəman şəhər Elan edilmə tarixi
1 Rusiya Rusiya Leninqrad (Sankt-Peterburq) 8 may - 1965
2 Ukrayna Ukrayna Odessa 8 may - 1965
3 Ukrayna Ukrayna Sevastopol 8 may - 1965
4 Rusiya Rusiya Stalinqrad (Volqoqrad) 8 may - 1965
5 Ukrayna Ukrayna Kiev 8 may - 1965
6 Belarus Belarus Brest qalası (Qəhrəman qala) 8 may - 1965
7 Rusiya Rusiya Moskva 8 may - 1965
8 Ukrayna Ukrayna Kerç 14 sentyabr - 1973
9 Rusiya Rusiya Novorossiysk 14 iyun - 1973
10 Belarus Belarus Minsk 26 iyun - 1974
11 Rusiya Rusiya Tula 7 dekabr - 1976
12 Rusiya Rusiya Murmansk 6 may - 1985
13 Rusiya Rusiya Smolensk 6 may - 1985

Digər ölkələrdə olan bənzər titullar

[redaktə | mənbəni redaktə et]