Qumral Sadıqzadə

Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Hüseyn qızı; 7 dekabr 1929, Bakı2010) — Azərbaycan yazıçısı və tərcüməçisi. Şair Ümmügülsüm və yazıçı Seyid Hüseynin qızıdır.

Qumral Sadıqzadə
Qumral Seyid Hüseyn qızı Sadıqzadə
Doğum tarixi 7 dekabr 1929(1929-12-07)
Doğum yeri
Vəfat tarixi 2010
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Aydın Hüseynzadə[d]
Uşağı
  • Gülər Hüseynzadə[d]
Atası Seyid Hüseyn Sadiq
Anası Ümgülsüm Sadıqzadə

1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir. Onun sonuncu "İnəkli Peçenye” adlı hekayəsi 6 noyabr 2009-cu il tarixli "Ədəbiyyat” qəzetində çap olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1]

  • Son mənzili Xəzər oldu... Bakı: Gənclik, 1991.
  • Son mənzili Xəzər oldu... II hissə. Bakı: Boz oğuz, 1998.
  • Mənim nakam qardaşım. Bakı: Çaşıoğlu, 2002.
  • Analar tək qalmasın. Bakı: Şirvannəşr, 2009.

Qumral həyatını məşhur ziyalı Əlipaşa Səbur Hüseynzadənin oğlu, alim və yazıçı Aydın Hüseynzadə ilə bağlayıb.[2] Uşaqları Gülər Hüseynzadə.

  1. "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
  2. "Arxivlənmiş surət". 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.