Yuhan Qunnar Qren (isv. Johan Gunnar Gren; 31 oktyabr 1920, Göteborq – 10 noyabr 1991, Göteborq) isveçli futbolçu və məşqçi. O, daha çox Milan və IFK Göteborg komandalarında ki, oyunu ilə tanınır. O, 1940–1950 illərdə Milanın və İsveç milli futbol komandasının hücüm xəttinin əfsanəvi Gre-No-Li üçlüyün hissəsi idi. Qren 1948 ilin Olimpiya Oyunlarının qızıl medalçısıdı və 1958 ilin dünya çempionatında İsveç millisinin heyətində ikinci yeri ala bilmişdi. O, 1946 ildə İsveçin ən yaxşı oyunçusuna verilən Guldbollen mükafatına layiq görülmüşdü. Qren İsveçin ən məşhur futbolçularından sayılır, onun şərəfinə "Gamla Ullevi" stadionun yaxınlığında heykəl qoyulub.
Qunnar Qren | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Yuhan Qunnar Qren | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Professor (it. Il Professore) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Göteborq, İsveç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (71 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | Göteborq, İsveç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İsveç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi, hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasını 1970 illərdə bitirmişdir. O, 71 yaşının tamam olmasından 10 gün sonra ölmüşdür. Onu Göteborqda, İsveçdə basdırmışdılar.
Qren 31 oktyabr 1920 ildə dülgər ailəsində anadan olmuşdur.[1] O, Gårda BK klubunda peşəkar karyerasına başlamdan öncə Silverkällans IK, BK Strix, Lindholmens BK klublarında çıxış etmişdir.
O, 1937 ildə Gårda BK peşeəkar karyerasını başlamışdı. İlk oyunu Malmö FF qarşı olmuşdur və oyun sonda qolssuz heç-heçə ilə bitmişdir. Bu klubda 54 oyuna 16 qol vurmuşdur.[2]
1941 ildə o IFK Göteborg klubuna transfer olmuşdur. Burada o, 1941/42 illərdə ölkə çempionatını qazanmışdır, və 1947 ildə isə ən yaxşı bombardir olmuşdur. 1946 ildə o, İsveçdə ilin oyunçusu seçilmişdir.[3] İFK Göteborgun heyətində ilk oyunu 1941 ilin avqust ayında Gårda BK qarşı keçirdmişdir, oyun 6–1 hesabı ilə Grenin komandasının xeyrinə bitmişdir, ilk qolu elə özü vurmuşdur. Bu komandada sonuncu oyunu IFK Norrköping qarşı olmuşdur və bu oyunu IFK Göteborg öz evində 0–1 uduzmuşdu. Karyerası boyu bu komandada 164 oyun keçirdmişdir və 78 qol vurmuşdur.
11 sentyabr 1949 ildə o, Milanın heyətində Sampdoriyaya qarşı oyunda debüt etmişdir. Bu klubda oynadaığı vaxtlarda o, həmyerliləri Qunnar Nordal ("No") və Nils Lidholm ("Li") ilə birlikdə Gre-No-Li üçlüyün "Gre" üzvü olmuşdur..[4] Həmçinin ona "Il Professore" ləqəbini vermişdilər, hansıki italyan dillindən "professor" kimi tərcümə olunur.[5] Bu klubla o, 1950/51 sezonunda Seria A birincisi olmuşdur. Ümumi Milanda 133 oyunda 38 qol vurmuşdur.[6] Həmçinin, Fiorentinaya keçməzdən əvvəl bu klubda məşqçilik etmişdir.
1953 ildə o Fiorentinaya keçmişdir və 55 dəfə meydana çıxaraq, 5 qol vura bilmişdir. Sonra 1955 ildə onun yeni klubu Cenoa olmuşdur, hansınki heyətində 29 oyuna 2 qol vurmuşdur.[6] Gren İtaliyada xeyli il keçirdəndən sonra, vətəninə qayıtmaq qərarını almışdır. 1956-cı ildə Götenburq şəhərinə qayıdaraq, Örgryte IS klubuna keçmişdir, burada o, həm oyunçu, həm məşqçi idi. Buranı o, 1959 ildə tərk etmişdir və GAİS heyətinə 1963 qoşulmuşdur.[7]
Milli komandada ilk oynunu 29 avqust 1940 ildə Finlandiya milli futbol komandasına qarşı keçirdmişdir, oyun İsveç millisinin xeyrinə 3:2 bitmişdir. Londonda keçirilən XIV Olimpiya oyunlarının iştirakçısı idi, bu turnirdə o, 4 oyun keçirdmişdir və 3 qol vurmuşdur, Yuqoslaviyaya qarşı keçirilən oyunda İsveçə qələbə gətirən 2 qol vura bilmişdir. 1949–1957 illərdə Gren millidən kənarda qalmışdır, çünki 1958 Dünya Çempionatına qədər legionerlərə İsveç millisində oynamaq qadağan edilmişdir. 1957 ildə Örgrute klubuna qayıdışından sonra milli komandaya geri qayıtmışdır. Uzun müddətdən sonra onun milli komandada ilk oyunu Avstriya millisinə qarşı olmuşdur. 37 yaşında 1958 ilin Dünya Çempionatında iştirak etmişdir və 5 oyuna 1 qol vurmuşdur. Yeganə qolu yarımfinal oynunda Almaniya ilə görüşdə vurmuşdur. Millinin heyətində sonuncu oynunu 26 oktyabr 1958 ildə Danimarka komandasına qarşı keçirdmişdir. İsveç milli futbol komandasının 32 qolla dördüncü bombardiridi, bu qolları o, 57 oyuna vura bilmişdir.
Onun ilk məşqçilik etdiyi komanda Milan olub. Həmçinin Gren Örgryte İS və GAİS klublarında həm oyunçu, həm məşqçi funksiyasını yerinə yetirirdi. Futbolçu karyerasını bitirdikdən sonra bir neçə klubda məqçilik etmişdir. 1961 ildə Yuventusun məşqçilik korpusunda işləyirdi. Müxtəlif zamanlarda IFK Värnamo, Redbergslids IK, Skogens IF, IK Oddevold and Fässbergs IF.klublarını çalışdırırdı.
Klub | Sezon | Liqa | |
---|---|---|---|
Oyunları | Qolları | ||
Gårda BK| | 1936–37 | 1 | 0 |
1937–38 | 22 | 4 | |
1938–39 | 22 | 8 | |
1939–40 | 9 | 4 | |
IFK Göteborg | 1940–41 | 26 | 10 |
1941–42 | 22 | 9 | |
1942–43 | 21 | 11 | |
1943–44 | 16 | 8 | |
1944–45 | 19 | 14 | |
1945–46 | 20 | 18 | |
1946–47 | 22 | 8 | |
1947–48 | 21 | 1 | |
Milan | 1949–50 | 37 | 18 |
1950–51 | 36 | 9 | |
1951–52 | 31 | 7 | |
1952–53 | 29 | 4 | |
Fiorentina | 1953–54 | 33 | 2 |
1954–55 | 23 | 2 | |
Cenoa | 1955–56 | 32 | 23 |
Örgryte IS | 1956–57 | ? | ? |
1957–58 | ? | ? | |
1959 | ? | ? | |
GAIS | 1963 | 20 | 2 |
1964 | 2 | 0 | |
Oddevold[8] | 1976 | 1 | 0 |
Milan heyətində ümumi | 133 | 38 | |
Karyerası ərazində ümumi | ? | ? |