Qupta İmperiyası

Qupta imperiyası — Təqribən 320–570-ci illərinə qədər Hindistanda mövcud olmuş imperiya. Ərazisi indiki Şimali və Mərkəzi Hindistan, PakistanBanqladeşin bəzi torpaqlarını əhatə edirdi. Qupta imperiyası dövrü Hindistanın qızıl çağı adlandırılır.

İmperatorluq
Qupta imperiyası
गुप्त राजवंश (Hind dili)
  
  
320 — 550

Paytaxt Pataliputra
Dilləri sanskrit
Rəsmi dilləri Prakrit , Sanskrit
Dövlət dini hinduizm, buddizm
Ərazisi 3 500 000 km²
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Qupta
İmperator
 • 320-330 I Çandraqupta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperiyanın yaranması, inkişafı və süqutu

[redaktə | mənbəni redaktə et]

Qupta soyadı 4–5 əsrlərdə Şimali Hindistanın böyük hissəsinə hakim olan imperiya ailəsi ilə Hindistan tarixində həkk edilmişdir. Lakin, Qupta adının bi ailə və ya klan adı olaraq çox qədim tarixə gedir. Buna ən məşhur nümunə Mauriya İmperiyası qurucusu Çandraqupta MauriyaAşokanı Buddizmə çevirən keşiş Upaqupta, sonrakı dövrlərdə isə Satavahana zamanında Pariqupta, Sivaqupta, Sivaskandaqupta kimi bəzi məmur adlarıdır. Prakrit dilindəki Qotiputa, Sanskritdəki Gautiputranın qarşılığıdır. Gotiputa Qupta ailəsinə məxsus bir qadının oğludur. Qotiputa adı imperiyadan əvvəl qayalardakı yazılarda azı 12 dəfə yazılmışdır. Bu yazıların analizi, Quptaların, Şimali Hindistanın və Dəkkən yaylasının müxtəlif bölgələrinə aid olduqlarını və fərqli peşələrlə (çatmış, keşiş, döyüşçü, yazar, zərgər və s.) məşğul olduqlarını göstərir. Bəziləri isə kral ailəsinə mənsub idi. Hindistanın müxtəlif ərazilərinə yayılmış olan Quptaların, tək bir əhəmiyyətli klan və ya ailənin içində budaqlanmaların yaranması və fərqli bölgələrə yayılması ilə bağlı fərziyyə irəli sürülmüşdür. Ancaq, bu fərziyyə öz təsdiqini tapmamışdır. III əsrdə Qupta klanının Hindistanda müstəqil olduğu doğru olsa belə, bunu Qupta imperiyası ilə uyğunlaşdırmaq çətindir. Erkən mənbələrdə bu ailədən "Qupta" olaraq bəhs edilmir. "Quptanvaya" və ya "Qupta ailəsi" adı, təqribən I Çandraqupta-dan başlayaraq Qupta sözü ilə bitən kralları əhatə etməkdədir.

Qupta imperiyası Magadha dövlətinin davamı idi. VII Magadha dövləti müstəqilliyi, quptalardan 9 əsr əvvəl təcminən e.ə VI srdə başlamış və Mauriya xanədanlığı dövründə imperiya səviyyəsinə yüksəlmişdi. Mauriya dövlətinin süqutundan sonra Magadha Yunan hökmdarı Menandrosun və Hindli müttəfiqlərin hücumarını püskürdərək Kuşan hakimiyyətindən xilas olmuşdur. Beləliklə müstəqil dövlət olaraq varlığını davam etdirmişdi. III əsrin sonunda Liççhavi qəbiləsi də Budda da təkrar əhəmiyyəti artdı. Bu qəbilə təxminən 1000 il əvvəl bu qəbilənin bir qoluna mənsub idi. I Çandraqupta bu qəbiləyə məxsus şahzadə Kumara Devi ilə evləndi və beləliklə hakimiyyətini Magadhadan qərbə Prayaga qədər artırdı. Bu niqah diplomatiyası Çandraquptanın adına kraliçanın və Liççhavi adlarının əlavə edilməsi ilə kəsilən sikkələrdə göstərilmişdir. Liççavilər Nepal və Tibet ətrafı dağ yamaclarında yaşayan qəbilə idi.

Liççavi qəbiləsi döyüşçü qəbilə idi. Tədqiqatçılara görə monqollar ola bilər bu qəbilə. Lakin, böyük ehtimal Monqol və Ari qəbilələrinin bir qarışığı idi. Liççavi-Magadha əməkdaşlığı ilə Hind siyasi bacarığı və dağlıların döyüş gücünün birliyini görə bilərik.

İlk Qupta kralı I Çandraqupta 320-ci ildə hakimiyyətə gəldi. Onun hakimiyyətə gəlməsi ilə Hindistanda yeni bir dövr başladı. İlk Qupta kralı 330-cu ildə öldü. Onun xələfi olan oğlu Samudraqupta, qırx ildən çox hakimiyyət sürdü. Hakimiyyəti dövründə Bengal, Yuxarı Yamuna, Qanq vadisi ilə orta Hindistanın bəzi ərazilərini öz dövlətinə qatdı. Onun dövründə Qupta imperiyasının əraziləri Pəncap istisna olmaqla ənənəvi Hindistan torpaqları daxil idi. Hind çayından Benqal körfəzinə qədər, Narbada çayından şimal dağlarına qədər torpaqlar Qupta imperiyasına daxil idi. Qupta imperiyasının üçüncü imperatoru II Çandraqupta (Samudraquptanın oğlu) silsilə fəthlər həyata keçirdi. Malva, Qucarat, Saurashtra torpaqlarını öz torpaqlarına birləşdirdi. Ehtimallara görə Qupta imperiyasının üçüncü imperatoru Yeni Dehli yaxınlığında Qütb məscidindəki dəmir sütunun, böyük qalibiyyətlərinin xatirəsinə tikildiyi ehtimal olunan II Çandraqupta Vikramaditya idi. Qupta imperiyasının Orta Hindistana yayılmasının qarşısını Vakata krallığı aldı. II Çandraqupta Vikramaditya babası kimi nikah diplomatiyasına əl atdı. Qızını Vakata kralı II Rudrasena ilə evləndirdi. Vakatalarla müttəfiq olması ilə Qupta imperiyasının Orta və Cənubi Hindistana yayılması sürətləndi. II Çandraquptadan sonra hakimiyyətə keçən I Kumaraquptadan sonra artıq Qupta imperiyasında saray çəkişmələri başlamışdı. Belə ki, I Kumaraquptanın oğlu Skandaqupta və digər oğlu Puruqupta arasında hakimiyyət üçün saray çəkişmələri başladı. Hərbi uğurları ilə böyük üstünlük qazanan Skandaqupta hakimiyyətə keçdi. I Kumaraquptanın vəliəhdi Puruqupta və Puruquptanın oğulları Skandaquptaya qarşı müharibəyə başladılar. 467-ci ildə Skandaquptanın ölümündən sonra yenidən başlayan saray çəkişmələri Skandaquptanın oğulları və Puruquptanın oğulları arasında idi. 474-cü ildə taxta çıxan II Kumaraquptanın dövründə saray çəkişmələri səngimişdi. II Kumaraquptanın atasının kimliyi dəqiq deyil. Ehtimallara görə, ya Skandaquptanın oğlu ya da Puruquptanın oğludur. 497-ci ildə hakimiyyətə keçən Puruquptanın oğlu Narasimhaqupta 510-cu ildə Hunlara Eranda məğlub oldu. Bunula da Şimali Hindistanı hunlara ələ keçirdilər. 570-ci ilə qədər Qupta hakimiyyəti davam etmiş və Narasimhaquptanın oğulları hakimiyyət sürmüşlər. 570-ci ildə Qupta imperiyası süqut etdi və bununla da Hindistan tarixində Qızıl dövr sona çatmışdır.

İmperatorun adı Hakimiyyət illəri Atası
I Çandraqupta 320–330 Gatokaçaqupta
Samudraqupta 330–375 I Çandraqupta
II Çandraqupta Vikramaditya 380–413 Samudraqupta
I Kumaraqupta 415–450 II Çandraqupta
Skandaqupta 450–467 I Kumaraqupta
II Kumaraqupta 474–477 Skandaqupta
Budhaqupta 477–497 Puruqupta
Narasimhaqupta 497 — ? Puruqupta

Din, ədəbiyyat və elm

[redaktə | mənbəni redaktə et]

Memarlıq və heykəltəraşlıq

[redaktə | mənbəni redaktə et]