Qurban Bayramov (filosof)

Qurban Balı oğlu Bayramov (1935, Nərimanlı, Basarkeçər rayonu1996, Bakı) — Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor.

Qurban Bayramov
Doğum tarixi 1935
Doğum yeri
Vəfat tarixi 1996
Vəfat yeri
Elmi dərəcəsi
İş yeri

Qurban Bayramov 1935-ci ildə Ermənistanın Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub.[1]

1942-ci ildə Nərimanlı kənd orta məktəbinə qəbul olub.

1962-ci ildə AEA-nın fəlsəfə və hüquq bölməsində fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olub.

1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri namizədi adı almışdır.

1983-cü ildə doktorluqk dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru elmi adını almışdır.

1956-cı ildən ömrünün sonuna qədər ATU-da çalışmışdır.

400-dən çox elmi məqalənin müəllifidir.

1996-cı ildə vəfat etmişdir.

Azərbaycan Tibb Universiteti Fəlsəfə kafedrasının professoru A. Nəcəfovun vəfatından (1989-cu il) sonra kafedraya məhz Qurban Balı oğlu Bayramov rəhbərlik etmişdir (1989–1996).[2]

Ömrünün sonuna (1996-cı il) kimi kafedraya rəhbərlik edən professor Q. Bayramovun elmi axtarışları arasında millətlərlərarası münasibətlər həmişə önəmli olmuşdur. Qurban müəllim kafedraya rəhbərlik etdiyi illərdə tələbələrin elmi dünyagörüşünün formalaşmasına böyük əmək sərf etmişdir. O, çoxsaylı monoqrafiya və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onlardan aşağıdakıları göstərmək olar: "Milli məsələdə iki meyil" (Bakı, 1972); "Mədəniyyətdə millilik və beynəlmiləlçilik" (Bakı, 1974), "Sosialist millətinin mənəvi siması" (Bakı, 1975); "Mənəvi həyatda millilik və beynəlmiləlçilik" (Bakı, 1979); "Milli və sinfi münasibətlərin qarşılıqlı əlaqəsi" (Bakı, 1981); "SSRİ-də milli münasibətlərin inkişafı" (Bakı, 1984); "İnsan və zaman" (Bakı, 1992); "İnsan, qəribədir həyatın sənin" (1996) ; "Fəlsəfənin əsasları" adlı dərs vəsaiti.

Fəlsəfə kafedrasına rəhbərlik etmış Qurban Bayramov özünün təşkilatçılıq, xeyirxahlıq, elmi yaradıcılıq nailiyyətləri və əsl ziyalılıq xarakteri ilə həmişə onu tanıyanların qəlbində özünə yer tapmışdır.

  • "Milli məsələdə iki meyil", Bakı, 1972.
  • "Mədəniyyətdə millilik və beynəlmiləlçilik", Bakı, 1974.
  • "Sosialist millətinin mənəvi siması", Bakı, 1975.
  • "Mənəvi həyatda millilik və beynəlmiləlçilik", Bakı, 1979.
  • "Milli və sinfi münasibətlərin qarşılıqlı əlaqəsi", Bakı, 1981.
  • "SSRİ-də milli münasibətlərin inkişafı", Bakı, 1984.
  • "İnsan və zaman", Bakı, "Təbib" nəşriyyatı, 1992.
  • "Nümunələr, təşbehlər və aforizmlər", Bakı, "Təbib" nəşriyyatı,
  • "İnsan, qəribədir həyatın sənin", Bakı, "Təbib" nəşriyyatı, 1996.
  • "Fəlsəfənin əsasları", Bakı, "Təbib" nəşriyyatı,
  1. Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib" nəşriyyatı, 1999. 108-ci səh.
  2. "Azərbaycan Tibb Universiteti Fəlsəfə kafedrası". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.