Bu məqalədə və ya bölmədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təkmilləşdirilməsinə ehtiyac olan hissələr var. Lütfən bu məqaləni redaktə edərək təkmilləşdirilməsinə kömək edin. |
Şeybə ibn Haşim və ya bilinən adı ilə Əbdülmüttəlib (ərəbcə: عبد المطّلب) — Qureyş qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir.
Əbdülmüttəlib | |
---|---|
Doğum tarixi | təq. 480 |
Doğum yeri | |
Vəfat tarixi | 579 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşaqları | |
Fəaliyyəti | tacir |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdülmüttəlib, tam adı ilə Şeybə ibn Haşim İslam peyğəmbəri Məhəmməd peyğəmbərin babası və Qüreyş qəbiləsinin nüfuzlu rəhbərlərindən biri idi. O, Məkkənin idarəçiliyi və Kəbənin mühafizəsi ilə məşğul olurdu və Haşimilər ailəsinin lideri kimi Məkkə cəmiyyətində böyük nüfuza malik idi.
Əbdülmüttəlib eyni zamanda, Məhəmmədin yetim qaldığı dövrdə onun tərbiyəsi ilə də məşğul olmuşdur. Onun ən məşhur hadisələrindən biri, “Fil əhvalatı” ilə bağlıdır. Əbdülmüttəlib Kəbəni müdafiə etmək üçün dua etmiş və Əbrəhənin ordusuna qarşı yardım istəmişdir. Fil əhvalatı zamanı Əbdülmüttəlibin duasına cavab olaraq, quşların daşlar ataraq ordunu məhv etdiyi rəvayət edilir. Bu hadisə İslam ənənələrində Allahın Kəbəni qoruduğuna işarə kimi qəbul edilir.
Əbdülmüttəlib həm də Zəmzəm quyusunun yenidən kəşfi ilə tanınır. Bir rəvayətə görə, yuxusunda ona Zəmzəm quyusunun harada olduğunu göstərilmiş və o, həmin yeri qazaraq su qaynağını yenidən açmışdır. Bu hadisə də Məkkə xalqı arasında onun nüfuzunu daha da artırmışdır.
Əbdülmüttəlibin ölümündən sonra, Məhəmmədin qayğısını əmisi Əbu Talib öz üzərinə götürmüşdür.
Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır: