Qusar Dövlət Rəsm Qalereyası

Qusar Dövlət Rəsm Qalereyası — 1986-cı ildə rayonun Hil kəndində fəaliyyətə başlamışdır. 1998-ci ildə Qalereya Qusar şəhərinə köçürülmüşdür. Rəsm Qalereyasının fondu 152 əsərdən ibarətdir. Bunlardan 7 əsər heykəltaraşlığa, 34 əsər qrafikaya, 111 əsər isə boyakarliğa aiddir. Hal-hazırda qalereyanın ekspozisiya zallarında 40 əsər nümayış olunur. İl boyu qalereyarada iş planına uyğun olaraq müxtəlif mövzularda sərgilər keçirilir. Həmçinin qalereya səyyar sərgilər də təşkil edir.[1][2]

Qusar Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1986
Yarandığı yer Azərbaycan Qusar rayonu
Fəaliyyət göstərdiyi yer Qusar, General Mahmud Əbilov Meydanı,
Sədr Nərminə Salmanova
azgallery.az

2013-cı ildən Fəxrəddin Musayev küçəsində yerləşən təzə tikilmiş binaya köçürülmüş və hal hazirda bu binada fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – Azərbaycan Dövlət Rəsm Qalereyasının tabeçiliyində olmaqla çox zəngin fonda malikdir. Qalereyamızda Respublikanın xalq rəssamları Oqtay Sadıqzadə,Tağı Tağıyev,Kazimov Davud,Maral Rəhmanzadə,Elbəy Rzaquliyev,Kamil Xanlarov və başqa görkəmli rəssamların əsərləri nümayış olunur. Mövcud olan 133 əsərdən 94 əsər rəngkarlığa,32 qrafikaya və 7 heykəltaraşlığa aiddir. Qalereyanın ümumi sahəsi 204 kv.m. təşkil edir. Əsas ekspozisiya-sərgi sahəsi 188 kv.m.ibarətdir və 29 əsər sərgilənir. Bundan əlavə 19 əsər foyedə sərgilənir. Fond saxlama sahəsi 12 kv.m.[3]

  1. "Qusar Dövlət Rəsm Qalereyası". /azgallery.az. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  2. "Qusar Dövlət Rəsm Qalereyası". khachmaz.mctgov.az. 2019-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
  3. "Qusar Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]