Quti Ernandez (isp. José María Gutiérrez Hernández, 31 oktyabr 1976[1][2], Madrid) – Quti adı ilə tanınan, İspaniyalı, peşəkar futbolçu. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış etmişdir. Hazırda isə furbol məşqçisi kimi fəaliyyət göstərir.
Quti | |
---|---|
isp. Guti | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 oktyabr 1976[1][2] (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 185 sm |
Çəkisi | 75 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Quti karyerası ərzində, demək olar ki, yalnız Real Madrid klubunda oynayıb. O burada 542 rəsmi oyunda iştirak edib və uzun müddət komandanın vitse-kapitanı olub. Quti Real Madriddə 15 titul qazanmağa nail ola bilib, bunlardan ən mühümləri üç dəfə UEFA Çempionlar Liqası qalibi və beş dəfə La Liqa çempionu olmaqdır.[3] O, Real Madriddən sonra peşəkar karyerasını Türkiyənin Beşiktaş PFK klubunda davam etdirib.
Quti, İspaniya milli komandası ilə 13 dəfə meydana çıxıb və 1999-cu ildə debüt edib.
Torrexon de Ardozda anadan olan Quti,[4] 1986-cı ildən etibarən Real Madridin futbol akademiyasında oynamağa başlayıb. Akademiyada oxuduğu müddətdə hücumçu kimi çıxış etsə də, sonradan mərkəzi yarımmüdafiəçi mövqeyinə keçib və karyerasının böyük bir hissəsini bu mövqedə oynayaraq keçirib. Real Madrid C-də ilk oyununu 2 dekabr 1995-ci il tarixində, Sevilya FK qarşı keçirib[5] və həmin oyunda Real Madrid C, 4–1 hesablı ev qələbəsi qazanıb. Həmin mövsümü Quti komandanın heyətində 9 oyun keçirib və ümumilikdə mövsümü bir qol vurmaqla başa vurub.[4][6]