Qvelflər — XII–XVI əsrlərdə İtaliyada Müqəddəs Roma imperiyası imperatorlarının öz ağalığını Appenin yarımadasında bərqərar etmək cəhdlərinə etiraz edən siyasi qruplaşma. Tacir-sənətkar təbəqələrindən olan qvelflər imperator tərəfdarları olan gibellinlərlə mübarizə aparırdılar.
Gibellinlər — 12–13-cü əsrlərdə qvelflərlə münaqişədə olan siyasi qruplaşma. Əsasən zadəganlardan ibarət olan gibellinlər imperator tərəfdarları idilər. Gibellin sözü Müqəddəs Roma imperiyasında hakim sülalə olan Hohenştafuenlərə (?-1268) məxsus Haubelinq qalasının (alm. Weiblingen) adından götürülmüşdür.
İtaliya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |