Hohenştaufenlər sülaləsi (alm. Hohenstaufen) — Müqəddəs Roma İmperiyasını 1138-1254-cü illər aralığında idarə etmiş sülalə. Bu sülalə daha çox özünün İtaliya müharibələri ilə məşhurdur.Sülalə bəzən dövrü mənbələrdə əvvəllər Şvabiya hersoqları olduqları üçün Şvabiya sülaləsi və yaxud da Stauferlər kimi qeyd olunur. Hohenştaufen ( High-Staufen) sülalə adı isə Şvabiyada olan və bu ailəyə məxsus olan bir qaladan yaranmışdır.[1]
1125-ci ildə Müqəddəs Roma imperiyasını idarə edən Salian sülaləsinin sonuncu imperatoru V Henrix vəfat etdi.Bundan sonra sülalə daxili mübarizə gücləndi.Bu dövrdə hakimiyyəti müvəqqəti olaraq Saksoniya hersoqu Lotar ələ aldı.Lakin 1138-ci ildə onun ölümündən sonra ara müharibələri yenidən qızışdı.Hakimiyyətə iddia edənlərdən ən güclüsü Hohenştaufen ailəsi idi.Hersoq Lotarın ölümündən sonra onun kürəkəni Velf ailəsindən Məğrur Henrix ilə Hohenştaufenlər arasında imperator taxtı üstündə mübarizə qızışdı.Hohenştaufenlər ailəsinin nümayəndəsi III Konrad idi.O , həm də İmperator IV Henrinin qiz nəvəsi və V Henrixin bacısı oğlu idi.III Konrad buna əsaslanaraq imperator taxtına iddia irəli sürürdü. III Konrad Velflər ailəsini öz mülklərindən qovdu və 1138-ci ildə imperator seçildi,lakin sonralar I Fridrix Barbarossa Velflarlə sülh bağladı və onları geri qaytardı.Bununlada Müqəddəs Roma İmperiyası tarixində Hohenştaufenlər dövrü başlanmış oldu. III Konrad (1138-1154) Hohenştaufenlər sülaləsindən Müqəddəs Roma İmperiyasını idarə edən ilk şəxs oldu. ölümündən sonra hakimiyyətə onun qardaşı oğlu I Fridrix Barbarossa (1155-1190) gəldi. I Fridrix Barbarossa 1152-ci ildən Almaniyanın kralı idi və III Konradın vəfat etməsindən sonra 1155-ci ildə o , imperator olur.
I Fridrix Barbarossa hakimiyyətə gəldikdən sonra hersoqlara qarşı mübarizə apardı və onların müqavimətin qırmağa nail oldu.O, əsas olaraq imperiyanın hüquq sahəsini qaydaya salmaq istəyirdi.Bu sahədə mühüm adımlar atıldı. “Cinayət məcəlləsi” və “Hüquqi normalar” adlı qanunlar məcəlləsi yaradıldı.İmperiyanın iqtisadı gücünün artırılmasına fikir verən I Fridrix Barbarossa yeni şəhərlər salınmasına xüsusi diqqət verirdi.Frayburq və Münhen kimi yeni şəhərlər daha da genişləndirildi. Bu imperiyada əhalinin sayının artmasına və iqtisadıtın dirçəlmasınə şərait yaratdı.I Fridrix Barbarossa imperiyanın sərhədlərinin genişləndirilməsinə xüsusi diqqət ayırırdı.O dövrdə imperiyaya tabe olan Slavyan torpaqlarında ( Müasir Qərbi Polşa və Çexiya torpaqları olan—Pomerania və Sileziya) imperiya üçün dayaq yaratmaq üçün buraya imperiyanın qərbindən xeyli Germanlar köçürüldü.Bu proses 19-cu əsrdə Prussiya krallığı tərəfindən daha da gücləndirildi.Baltikyanı torpaqları və qərbi slavyanları xrisianlaşdırmaq ( və yaxud da katolikləşdirmək) üçün Tevton (Almanca: Deutschordensstaat) ordenıni Almanıyaya dəvət edir.
Əsas diqqət isə Şimali İtaliyaya yürüşlər idi.Ümumiyyətlə Hohenştaufenlər sülaləsi İtaliya müharibələri ilə məşhurdurlar.O,1154-cü ildə özünün birinci İtaliya səfərinə çıxdı.Məqsədi zəngin İtaliya şəhərləri hesabına xəzinəsini varlandırmaq və Romada başına imperator tacı qoymaq idi. Breşıalı Arnoldun başçılığı ilə şəhərllərin üsyana qalxdıqları Romaya alman qoşunları daxil oldular.Lakin imperator nəinki üsyançıları dəstəklədi hətta onlara qanlı divan tutdu.Minnətdarlıq nümunısi olaraq Papa III Aleksandr onun başına imperator tacı qoydu.Lakin alman ritsarlarının (cəngavərlərinin) Romadakı özbaşınalıqlarına görə əhali üsyan qaldırdı və almanları şəhərdən qova bildi.1158-ci ildə I Fridrix Barbarossa İtaliyaya ikinci səfərə çıxdı.O,Ronkoliya vadisində (Pyacensa yaxınlığında) Şimalı İtaliya şəhərlərinin nümayəndələrini yiğdı.Bu nümayəndələr I Fridrix Barbarossanın təzyiqi altında şəhərlərin özünüidarə hüququndan imtina etmək haqqında qərar qəbul etdilər. Şəhərləri idarə etmək üçün canişinlər—podestalar təyin olundu.Şəhərlər üzərinə vergilər qoyuldu.Bu Şimalı İtaliya şəhərlərinin təsir altına düşməsi idi. Buna etiraz edən Milan isə iki illik müharibədən sonra alındı və dağıdıldı. Şəhərin bazar meydanı şumlandı və şırımlara duz səpildi. Üsyançılar isə kəndlərə köçürüldü və təhkimli halına salındılar. Bundan təsirlənən italyanlar imperatora qarşı 1167-ci ildə Lombardiya itifaqını yaratdılar. Papa daxil olmaqla 22 şəhər-dövlət bura daxil oldu. Həlledici döyüş 1176-ci ildə Lenyano ( Milan yaxınlığında) baş verdi və almanlar ağır məğlubiyyətə uğradılar. İmperator güclə qaça bildi. I Fridrix Barbarossa ertəsi günü Venesiyada Papaya təslim oldu və 6 illik saziş imzaladı. Bu sazişın şərtləri 1183-cü ildə Konstans sülhü ilə təsbit olundu.Bu sülh İtaliya dövlətlərinin müstəqilliyinin imperiya tərəfindən tanınması və möhkəmlənəsi demək idi.I Fridrix Barbarossa 1190-cı ildə III Xaç Yürüşü zamanı Kiçik Asiyada Göksu (o dövrkü Saleph çayı) çayını keçərkən çayda boğularaq ölür. İç orqanları günümüzdə Tarsusda, ətləri Antakyada, sümükləri Seyhanda kilsələrdə sirkələnərək saxlanılır. Güman ki, bunu o dövrkü yerli keşişlər xaç yürüşünə çıxan bir imperatora hörmət əlaməti olaraq etmişlər.
Ondan sonra imperator taxtına hələ I Fridrix Barbarossanın sağlığında varis təyin etdiyi VI Henrix (1190-1197) çıxır.Onun dövründə Siciliya krallığı imperiyaya birləşdirilir (VI Henrix Siciliya krallığının varisi ilə evlənmişdi).Onun ölümündən sonra hakimiyyətə Şvabiyalı Flipp (1198-1208) gəlir.Şvabiyalı Flippin ölümündən sonra hakimiyyətə Barbarossanın nəvəsi II Fridrix(1212-1250) gəlir.Dövrün mənbələri II Fridrixi çox maraqlı və görkəmli şəxs kimi xarakterizə edir. Uşaqlıq vaxtlarından Siciliyada böyümüş , ətrafını ərəb , yəhudi və yunan alimləri ilə doldurmuş , bu xüsusiyyətlərinə görə macərə axtaran , döyüşkən ritsarlarla şərq müstəbidinin xüsusiyyətlərinin qəribə şəkildə özündə birləşdirmişdi.O, Neopolda universitet açdırmış (1224) , yunan , roma və ərəb müəlliflərinin əsərlərini orijinaldan oxuyurdu. Bununla yanaşı II Fridrix dövrünün görkəmli dövlət xadimi və diplomatı idi. II Fridrixin özünəməxsusluğu onda idi ki , müasirlərindən fərqli olaraq dini məsələlərə olduqca laqeyd idi. Başqa dindən olanlara qarşı dözümlülük göstərən imperator , xalq təriqətçi hərəkatlarına qarşı amansız idi. O, imperator olarkən Siciliyanı öz bazası kimi saxladı. Nisbətən mərkəzləşmiş olan bu əyalətin bütün qüvvəsini Orta və Şimalı İtaliyanın tutulmasına yönəltdi. Lakin babası kimi o da , İtaliya şəhər dövlətlərinin və papalığın güclü müqaviməti ilə qarşılaşdı. Təxminən fasilərlə 30 il davam edən bu müharibə Siciliya və Cənubi İtaliyanın sərvətlərini tükətdi , imperiyanın əsaslarını sarsıtdı.
Nəticədə II Fridrixin ölümündən sonra papanın çağırışı ilə Fransa Kralının qardaşı Anjulu Karl Siciliyaya qoşun çıxardı. II Fridrixin nəvəsi IV Konrad (1250-1254) fransızları qovmaq üçün güclü müqavimət göstərsə də , tutulub edam edildi.1254-cü ildə Hohenştaufenlərin imperatorluq dövru başa çatsa da , V Konrad 1254-1268-ci illərdə Siciliya kralı və Şvabiya hersoqu olmuşdur.Onun 1268-ci ildə ölümündən sonra Hohenştaufnlər sülaləsinin hakimiyyətinə həm Almaniyada həm də İtaliyada tamami ilə son qoyulur.
Danilov A.İ, B.Q. Mokilnitski " Avropa orta əslər tarixi "