Rövşən Hüseyn oğlu İbrahimov (20 avqust 1967, Siyəzən rayonu – 25 fevral 2019, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019).
Rövşən İbrahimov | |
---|---|
18 may 2018 – 24 fevral 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 avqust 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 2019 (51 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Rövşən Hüseyn oğlu İbrahimov 20 avqust 1967-ci ildə Siyəzən rayonunda anadan olub.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir.
1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.
ARDNŞ-də müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.
fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.[1]
Yeni Azərbaycan Partiyasının üzvü idi.
24 fevral 2019-cu ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir.[2]
Ailəli idi, 2 övladı var.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilmişdir.[3]