Rövşən İsax

Rövşən İsax (tam adı: Rövşən İsax oğlu Məmmədov; 14 avqust 1970, Kirovabad) — Azərbaycanlı rejissor, aktyor.

Rövşən İsax
Rövşən İsax oğlu Məmmədov
Doğum tarixi 14 avqust 1970(1970-08-14) (54 yaş)
Doğum yeri
Uşaqları Elmira, Elvira, İsax
Atası İsax Məmmədov
Fəaliyyəti aktyor, ssenarist, rejissor
Fəaliyyət illəri 1992-ci ildən
Təhsili
Mükafatları "Tərəqqi" medalı — 2024"Qızıl Buta" və "Qızıl Pəri" mükafatı
IMDb ID5859722

Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988–1992). Dövlət Gənclər Teatrında (1993–1994), Dövlət Pantomim Teatrında (1994–1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993–1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998–2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.

1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir. Üç övladı var.

Rejissor kimi

İl Ad Qeydlər
1996 Kiçik leytenant qısametrajlı bədii film
2001 Azərbaycan Xalq Cümhuriyyəti qısametrajlı sənədli film
2003 40-cı qapının qıfılı rejissor
2011 Aktrisa tammetrajlı bədii film; quruluşçu rejissor, ssenari müəllifi
2012–2013 Pərvanələrin rəqsi teleserial; quruluşçu rejissor, ssenari müəllifi
2013–2014 Sonuncu fəsil teleserial; quruluşçu rejissor, ssenari müəllifi
2016–2018 Vicdan haqqı teleserial; quruluşçu rejissor, ssenari müəllifi
2019–2024 Yuxu kimi teleserial

Aktyor kimi

İl Ad Rol Qeydlər
1995 Yarasa Rəssam tammetrajlı bədii film
1996 Kiçik leytenant Sərnişin qısametrajlı bədii film
2001 Etimad telefonu Elmi işçi tammetrajlı bədii film
2011 Aktrisa Eldar Əfəndiyev tammetrajlı bədii film
2013 Sonuncu fəsil Sürücü teleserial