Rövşən Əliyev (kriminalist)

Rövşən Ədalət oğlu Əliyev (1955, Ağstafa12 mart 2002, Bakı) — kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru (1992–1993). "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.

Rövşən Əliyev
1992 – 1993
Baş prokurorİxtiyar Şirin
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıNizami Təhməzov
Şəxsi məlumatlar
Doğum tarixi 1955
Doğum yeri
Vəfat tarixi 12 mart 2002(2002-03-12)
Vəfat yeri

1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin hüquq fakultəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Hərbi Prokuroru vəzifələrinə qədər yüksəlmişdir.

O, həm də Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru idi (1992–1993).[1]

R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Onun yorulmaz və səmərəli fəaliyyəti respublika prokurorluğu rəhbərliyi tərəfindən də daima yüksək qiymətləndirimişdir. Belə ki, o "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.

Rövşən Əliyev 2002-ci il 13 martda Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmişdir və Bakıda dəfn edilmişdir.

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-01-05.