Rövşən Atakişioğlu (azərb. Atakişiyev Rövşən Atakişi oğlu; d. 1 avqust 1957. Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — yazıçı, publisist, Qarabağ müharibəsi iştirakçısı, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini (1992-1993)
Rövşən Atakişioğlu | |
---|---|
Atakişiyev Rövşən Atakişi oğlu | |
Doğum adı | Rövşən |
Təxəllüsü | Atakişioğlu |
Doğum tarixi | |
Doğum yeri | Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Atakişi |
Təhsili | Gəncə Dövlət Universiteti |
İxtisası | Azərbaycan dili və ədəbiyyat |
Fəaliyyəti |
şair publisist |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət |
poeziya publisistika |
Janrlar |
şeir nəsr |
Rövşən Atakişioğlu 1 avqust 1957-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta təhsilini Güləbird kənd orta məktəbində başa vuraraq, 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçın rayonuna göndərilmiş, doğma kəndinə ixtisası üzrə müəllim təyin edilmişdir.[1]
1990-cı ildə ADPU-nun Şuşa filialında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin may ayının 10-dan Könüllülər dəstəsində Laçın və Qubadlı rayonlarının müdafiəsində erməni işğalçılarına qarşı döyüşmüş, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini təyin edilmişdir. 1993-cü ilin may ayında ordudan tərxis olunmuşdur.[1]
Hal-hazırda Bakı şəhərində yaşayır. Ailəlidir. Üç qız və bir oğul atasıdır.[1]
Xocalı şəhər 2 saylı orta məktəbin müəllimi işləyir.[2]
Rövşən Atakişioğlu Bakıda pedaqoji fəaliyyətin davam etdirməklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur.[1]