Rövşən Tağıyev

Rövşən Asəf oğlu Tağıyev (1981, Yengicə, İliç rayonu) — Azərbaycan iş adamı, hüquqşünası və ictimai xadimi, "Kral Group" şirkətlər qrupunun təsisçisi.[1][2]

Rövşən Tağıyev
Rövşən Asəf oğlu Tağıyev
Doğum tarixi 1981
Doğum yeri
Vətəndaşlığı  Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti sahibkar, ictimai xadim, xeyriyyəçi
Fəaliyyət illəri 2003–davam edir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rövşən Tağıyev 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdür.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Rövşən Asəf oğlu Tağıyev 1981-ci ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1997-ci ildə Şərur rayon Yengicə kənd məktəbini bitirmişdir. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş, təhsilini başa vuraraq hərbi xidmətə yollanmışdır. O, 2003-cü ildə yenidən təhsil almaq qərarına gəlmiş və Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur.[3]

Rövşən Tağıyev 2000-ci illərdə Naxçıvan Daxili işlər orqanlarında xidmətə başlamış, 2009-cu ildə isə öz xahişi ilə xidmətdən ayrılaraq Bakı şəhərinə köçmüş, burada sahibkarlıq fəaliyyətinə başlamış, eyni zamanda ictimai fəaliyyətlə məşğul olmuşdur. 2015-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində fəaliyyətə başlamış və 2017-ci ildə öz ərizəsi ilə işdən ayrılmışdır.[3]

Rövşən Tağıyev 2010-cu ildə "Kral Rent a Car" avtomobil icarəsi şirkətini təsis etmişdir.[4] Sonradan şirkət turizm, təbabət və media kimi sektorları özündə birləşdirərək 2017-ci ilin aprel ayında "Kral Group" olaraq fəaliyyətini genişləndirmişdir.[5][6] 2012-ci ildə media orqanı kimi "Hürriyyət Azərbaycan", 2017-ci ildən turizmin inkşafında dövlətə dəstəyi ilə fərqlənən "Kral Turizm" fəaliyyətə başlamışdır.[4][7] 2020-ci ildən bel-onurğa xəstəliklərin əməliyyatsız müalicəsini həyata keçirən "Kral Təbabət" fəaliyyətə başlamışdır. "Kral Təbabət" əməkdar həkim-terapevt Asəf Tağıyevin rəhbərliyi altında fəaliyyət göstərir.[4] Bundan başqa, "Kral SR construction" tikinti sahəsi üzrə fəaliyyət göstərir.[8]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rövşən Tağıyev 2011-ci ildən başlayaraq hər il Türkiyədə "Xocalıya ədalət" həftəsi tədbirində aktiv iştirakçısı olmuşdur. "Xocalıya ədalət" kompaniyasında Xocalı soyqırımı haqqında Türkiyə mediası və "İslahatçı Gənclər" Birliyi ilə birlikdə müxtəlif universitetlərdə, şəhərdə təbliğatı aparmağa başlamışdır. Həmin illərdən başlayaraq sosial vəziyyəti yaxşı olmayan insanlara yardımlar etmiş, həmçinin uşaq və qocalar evlərinə dəstək göstərmişdir.[4]

Rövşən Tağıyev 2016-cı il Aprel döyüşlərindən sonra xeyriyyəçilik fəaliyyətini şəhid ailələri və qazilərə yönəltmiş, onlara maddi və mənəvi kömək təmin etmişdir.[9] Rövşən Tağıyev 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə getmiş, orduya maddi və mənəvi dəstək vermişdir. Müharibə bitdikdən sonra xeyriyyəçilik fəaliyyətini şəhid ailələrinə və qazilərə ayırmışdır.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rövşən Tağıyev 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdür.[10][11]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

"İslahatçı Gənclər" İctimai Birliyi 2013-cü ildə "Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə" Rövşən Tağıyevə fəxri diplom təqdim etmişdir.[12] Tağıyev "cəmiyyətin rifahı üçün göstərdiyi xidmətlərə görə" 2013-cü ildə Şimali Kipr Türk Respublikasında Avropa Qazeteçilər Dərnəyinin keçirdiyi mükafatlandırma mərasimində mükafata layiq görülmüş, həmçinin Azərbaycanda fəxri fərmanlar və mükafatlarla təltif olunmuşdur. Rövşən Tağıyev 30 iyun 2022-ci ildə "Golden People Awards" layihəsində ilin uğurlu iş adamı nominasiyasına layiq görülmüşdür.[4]

  1. "İşgüzar Səhər Yeməyi "La Maree" – 07.05.2024 – Marsol Group". 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  2. ""Buta Sığorta" ilə bağlı qalmaqal böyüyür | Qaynarinfo.az". qaynarinfo.az. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  3. 1 2 "18 saylı dairədə Rasim Musabəyovun rəqibi Rövşən Tağıyev kimdir?-VİDEO". Editor.az. 12 avq 2024.
  4. 1 2 3 4 5 6 "Rövşən Tağıyev ilin uğurlu iş adamı nominasiyası ilə təltif olunub". Metbuat.az. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  5. "Pinti turistlər haqqında videoçarx gündəm oldu". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  6. "Müştərilərimizi hava limanına pulsuz aparırıq - MÜSAHİBƏ".[ölü keçid]
  7. ""Kral Travel" AÇILIŞ ETDİ". Tribunainfo.Az. 22 may 2017. 27 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2024.
  8. https://azstat.org/pr03102117/?key=2016121317275737466[ölü keçid]
  9. "İş adamı Qarabağ qazisinə şirkət hədiyyə etdi". -Yeni Sabah-. 14 fev 2019. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  10. "18 saylı dairədə Rasim Musabəyovun rəqibi Rövşən Tağıyev kimdir? - VİDEO". azxeber.com.
  11. "18 saylı dairənin şanslı namizədi Rövşən Tağıyev kimdir?". Reportyor.az. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  12. ""İslahatçı Gənclər" gənclərin dostlarını bir araya gətirdi". publika.az. 28 yan 2014. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]