Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Röya Seyfəddin qızı Tağıyeva — Əməkdar Mədəniyyət işçisi, "Şöhrət" ordenli, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, professor, sənətşünaslıq elmləri doktoru.
Röya Tağıyeva | |
---|---|
1982 – 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | ADU |
|
|
Təltifləri |
Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır.
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır.
Xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğatına həsr olunmuş 200-dən çox elmi əsərin, konsepsiyalar və layihələr, elmi-sənədli filmlərin ssenarisi, dərsliklər, və d. müəllif olduğu nəşrlərin sırasında rus, ingilis, çex, ərəb, fransız dillərdəmonoqrafiyalar, kitablar — "Декоративно-прикладное искусство Азербайджана" (rus dilində — 1986), "Сюжетные ковры Азербайджана" (rus dilində — 1988), "Ковровые образы Низами" (rus dilində — 1991), "Azərbaycan xalçası" (azərbaycan və ingilis dilində — 1999), "Lətif Kərimov fenomeni" (2006), "Azərbaycan xalçası məişətdə" (2006), "Az Azerbajdzsani szönyeg" (macar dilində-2011), " السجادةالأذربيجانية " (ərəb dilində-2011), "The land of the eternal fire Tradition of the Azerbaijani Carpet " (ingilis dilində — 2012), "Nizami obrazları xalçalarda" (miniatür kitab–2013), "Azərbaycan Xalçası Ensiklopediyası"(I cild-2015),"Azərbaycan Xalçası Ensiklopediyası"(II cild-2015), "Azerbaijani Carpet Encyclopedia"(ingilis dilində-2017) və s.
1988-ci ildən — Azərbaycan Rəssamlar İttifaqının üzvü
1992–2016 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində ekspert komissiyasının sədri
1993–2016 — Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti (ICOM/ YUNESKO);
2005–2015 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü
2000-ci ildən — "Hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının həyata keçirilməsi üzrə Dövlət Komissiyasının üzvü
2001-ci ildən — Vaşinqton "Tekstil Muzeyi"- nin üzvü
2002–2004 — Açıq Cəmiyyət İnstitutu — Azərbaycan Yardım Fondunun eksperti
2003-cü ildən — Avropa Tekstil Şəbəkəsinin üzvü
2010-cu ildən — "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsisçisi və bu günədək sədri
2010-cu ildən — Beynəlxalq Rəssamlar Fondunun üzvü
2010-cu — YUNESKO/MFQS "XXI əsrin muzey idarəetməsi" proektində beynəlxalq eksperti
2011-ci ildən — ICOC -un (Şərq Xalçaları üzrə Beynəlxalq Komitəsinin) üzvü
2011-ci ildən — Avropa Muzeylər Forumunun Milli Koordinatoru
2013-cü ildən — ICOM-un Asiya — Sakit Okean Regionu üzrə Birliyinin (ASPAC) İdarə Heyətinin üzvü.
2015-ci ildən — Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dissertasiya şurasının üzvü.
2017-ci ildən — Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü.
2000 — BP-AMOСO Fellowship Program
2004-IREX Regional Scholar Exchange Program
2006–2007 –International Partnership Among Museums (IPAM) , Amerika Muzeyləri Asosiasiyasının programı
2009–2011 — A-MUSE-All International museum project of DVV international
1999 — Rusiya Federasiyasının Prezidenti tərəfindən ordeni "Dostluq" ilə Millətlərarası xoş qonşuluq əlaqələrinin yaranmasında, sülhün möhkəmləndirilməsində muzeyin inkişaf etdirilməsində göstərdiyi fəaliyyətinə görə təltif edilmişdir.
2000 — Səmərəli elmi nailiyyətin nəticəsi kimi "Azərbaycan xalçası" kitabının nəşrinə nail olduğuna görə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" mükafatı ilə təltif edilmişdir.
2003 — "Vektor" Beynəlxalq Elmi Mərkəzinin mükafat komissiyasının qərarı ilə "XXI əsrin tanınmış xanımları" Beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış xanımları" Beynəlxalq diplomu ilə təltif edilmişdir.
2005 — Muzey işi sahəsində xidmətlərinə, Azərbaycan xalça sənətinin tədqiqi və təbliğində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2006 — Rusiya Federasiyası ICOM-un "Şərəf nişanı" ilə təltif edilmişdir.
2006 — Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin "Mədəniyyətin inkişafına verdiyi töhfəsinə görə" fəxri fərmanı ilə təltif edilmişdir.
2006 — Azərbaycan Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
2008 — Muzey işi sahəsində ictimai fəallıq, təşəbbüskarlıq və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2010 — Azərbaycanda tətbiqi sənət mədəniyyətinə və "Simurq" Azərbaycan mədəniyyət Assosiyasının fəaliyyətinə dəstəyə görə "Simurq" Beynəlxalq medalı ilə təltif edilmişdir.
2011 — Elm və Sənətə olan xidmətlərinə görə Türkiyənin Səlcuk Universiteti Səlcuk Araşdırmaları Mərkəzi tərəfindən "Elm və Sənətə xidmət mükafatı" ilə təltif edilmişdir.
2011 – Kütləvi İnformasiya Vasitələri işçilər Birliyin Prezidium qərarı ilə "Azərbaycan bayrağı" laureatı diplomuna layiq görülmüşdür.
2012 –Azərbaycan media tərəfindən həyata keçirilən sorğunun nəticələrinə əsasən "İlin Patriot -qadını" adı ilə təltif edilmişdir.
2012 – VI Beynəlxalq Konqresin təşkili üçün eləcədə elm və incəsənətə böyük töhfə verdiyinə görə Türkiyənin Selcuk Universitetinin Elmi-tətqiqatlar mərkəzi tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Türkiyə. Konya.
2012-ci ildə Fransanın Mədəniyyət Nazirliyinin İncəsənət və Ədəbiyyat sahəsi üzrə Kavaler ordeni ilə təltif edilmişdir
2013 — Rusiya Incəsənət Akademiyanın "Məhsuldar əməyinə görə" təşəkkür diplomuna layiq görülmüşdür.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyeva "Şöhrət" ordeni ilə təltif edilib.
2017 — Avropa Təbii Elmlər Akademiyasının "Dostluğ" ordeni ilə təltif edilib.
1983 — Şərq xalça sənəti üzrə I Beynəlxalq Simpozium. Azərbaycan, Bakı (təşkilat komitəsinin üzvü, məruzəçi)
1988 — Şərq xalça sənəti üzrə II Beynəlxalq Simpozium. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
1996 — Fars xalçalarına həsr olunmuş Beynəlxalq konfrans. İran İslam Respublikası, Tehran (məruzəçi)
1996 — YUNESKO-nun xətti ilə keçirilən Füzulinin 500 illik yubileyinə həsr olunmuş tədbir. Fransa, Paris (məruzəçi)
1997 — IV Beynəlxalq Türk Mədəniyyəti konfransı. Türkiyə, Ankara(məruzəçi)
2000 — "Azərbaycan Xalçası" kitabının təqdimatı. Luvr muzeyinin kitab sərgi salonu. Fransa, Paris (müəllif kimi)
2000 — Asiya Mədəniyyətini muzeylərdə təqdimi üzrə Beynəlxalq Seminar. Britaniya, London(məruzəçi)
2000 — Beynəlxalq Muzeylər forumu. Fransa, Paris(məruzəçi)
2001 — YUNESKO-nun milli sərvətlərin qorunmasına dair beynəlxalq – hüquqi normativ aktlara həsr edilmiş Milli konfrans-seminar. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
2002 — Xalça ekspertlərinin milli sərvətlərin qorunmasına dair seminarı. Avstriya, Vyana (məruzəçi)
2002 — Böyük İpək Yolu "Avrasiya Mədəniyyətlərinin dialoqu". Beynəlxalq konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2002 — Avropa Şurasının və Avropa Birliyinin "Avropa, ümumi irs" proqramı çərçivəsində, "Mədəni irs xalçalarda" mövzusunda elmi praktiki konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2002 — "Muzeylər, qeyri-maddi irs və qlobalizasiya" mövzusunda Beynəlxalq konfrans. Çin, Şanxay(məruzəçi)
2002 — Mədəni dəyərlərin qeyri-qanuni dövriyyəsinə həsr olunmuş Beynəlxalq konfrans. Rusiya, Moskva(məruzəçi)
2002 — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Milli Komitəsi və Fransa səfirliyi ilə birgə keçirilmiş "Açıq muzey: muzey menecmenti yeni yüzillikdə" Beynəlxalq tədris seminarı. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
2003 — Azərbaycan xalçası və xalq tətbiqi sənəti üzrə III Beynəlxalq Simpozium. Azərbaycan, Bakı(təşkilat komitəsinin üzvü, məruzəçi)
2003 — "Menecment sahəsində muzeyin problemləri" məsələsinə həsr olunmuş, YUNESKO–Fransa, ICOM – İngiltərə nümayəndələrinin iştirakı ilə dəyirmi masa. Azərbaycan, Bakı (təşkilat komitəsinin üzvü, məruzəçi)
2003 — Haaqa Konvensiyasının implementasiyası üzrə komissiyanın işinə həsr olunmuş Beynəlxalq konfrans. Belarusiya, Minsk(məruzəçi)
2003 — İçəri şəhərin problemlərinə həsr olunmuş konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2003 — Böyük İpək Yoluna həsr olunmuş Beynəlxalq Simpozium. Yaponiya, Nara(məruzəçi)
2003 — "GUАМ ölkələri Mədəniyyətlərarası dəhlizi" mövzusunda Beynəlxalq konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2004–1954-cü il YUNESKO-nun "Silahlı münaqişə zamanı milli sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının 50 illiyinə həsr olunmuş dəyirmi masa. Azərbaycan, Bakı (təşkilat komitəsinin üzvü, məruzəçi)
2004 — Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNİDRUA) "Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəniyyət sərvətləri haqqında" konvensiyasına həsr olunmuş Beynəlxalq Konfrans. Azərbaycan, Bakı(təşkilat komitəsinin sədri, məruzəçi)
2004 — "Mədəni sərvətlər toxunulmazdır" mövzusunda Beynəlxalq konfrans. Rusiya, Moskva(məruzəçi)
2005 — Qacarlar dövrünün dahi rəssamı Soltan Məhəmmədə həsr olunmuş Beynəlxalq konfrans. İran İslam Respublikası. Təbriz , Tehran(məruzəçi)
2005 — "Azərbaycanda gender haqları" mövzusunda konfrans. Azərbaycan, Bakı(iştirakçı)
2005 — "Şifahi irs – əşyalar danışa bilərmi?" mövzusunda Beynəlxalq konfrans (ICME). Misir, Nafplion(məruzəçi)
2005 — VI Uluslararası Türk Kültür Konqresi. Türk Kültürünün Dünya Kültürlerine Etki və Katkıları. Türkiyə, Ankara(məruzəçi)
2006 — "Bizim muzey, bizim cəmiyyət: bizim əməkdaşımız" II Regional konfrans. Rumıniya, Buxarest(məruzəçi)
2007 — Şərq xalçaları üzrə XI Beynəlxalq konfrans (ICOC). Türkiyə, İstanbul(məruzəçi)
2007 — XXXVIII Beynəlxalq Konqress (ICANAS). Türkiyə, Ankara (məruzəçi)
2007 — YUNESKO-nun Baş Qərargahında Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş Azərbaycan xalça sənəti üzrə IV Beynəlxalq Simpozium. Fransa, Paris(təşkilat komitəsinin üzvü, məruzəçi)
2008 — YUNESKO-nun Baş Qərargahında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə konvensiyaya üzv ölkələrinin Baş Assambleyasının II sessiyası. Fransa, Paris (YUNESKO-nun Eksperti kimi, məruzəçi)
2008 — "Azərbaycan Odlar və xalçalar diyarı" Boqdan və Varvara Xanenkovlar adına İncəsənət Muzeyində sərgi, "Muzeylərdə Şərq ölkələrinin incəsənət abidələrinin öyrənilməsi, bərpası və təqdimatı" konfrans. Ukrayna, Kiyev(məruzəçi)
2009 — "Səlcuk dövrünün ədəbiyyat və mədəniyyəti ". Türkmənistan, Aşqabad (məruzəçi)
2009 — "Muzey idarəetməsi" Milli seminar — treninq. Azərbaycan, Bakı(məruzəçi)
2009 — "Şuşa Azərbaycanın mədəniyyət və tarixi incisidir". Azərbaycan, Bakı(məruzəçi)
2009 — Koreya-Azərbaycan — Beynəlxalq Konfrans "Qeyimlər və müasir moda" (Azərbaycan, Bolqarıstan, Koreya, Monqolustan, Türkiyə) Azərbaycan Milli Tarix Muzeyi. Azərbaycan, Bakı(məruzəçi)
2009 — "Türk və dünya kültüründe İstanbul " VII-ci Uluslararası Türk Kültürü Konqresi. Türkiyə, Ankara (məruzəçi)
2009 — "Yerli mədəniyyət, onun mühafizəsi və mədəniyyət müxtəlifliyinin inkişafı" mövzusunda treninq. Almaniya, Bonn (layihənin müəllifi)
2009 — SPAM Qitələrarası Muzeylər Şəbəkəsinin forumu. Filippin, Saqay (məruzəçi)
2010 — Azərbaycan xalçasının YUNESKO-nun "Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısı" na daxil edilməsinə həsr olunmuş toplantı. Fransa, Paris (YUNESKO-nun Eksperti kimi, məruzəçi, reprezentativ faylın müəllifi)
2010 — YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti V sessiyası. Keniya, Nayrobi. (YUNESKO-nun Eksperti kimi, reprezentativ faylın müəllifi)
2010 — M. İ. Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyində rəngkar, Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salahovun xalçalarda əks olunmuş əsərlərindən ibarət sərgi. Rusiya, Moskva(sərginin təşkili, məruzəçi)
2010 — "Muzeylərin idarəetməsi" regional konfrans. Belarusiya, Minsk (məruzəçi)
2010 — "Fəlsəfə və Sənətşünaslıq fənlərarası qarşılıqlı təsirin metodologiyası". Beynəlxalq elmi konfrans. Azərbaycan, Bakı(məruzəçi)
2010 — Türk Xalça və Xovsuz Xalça (Kilim, Cecim, Zili, Sumax) Simpoziumu. Türkiyə, Alaniya(məruzəçi)
2011 — "Ümumi Dəyərlərə qovuşan, müxtəlif mədəniyyətlərlə zənginləşən mədəniyyətlərarası dialoqa həsr olunmuş Ümumdünya Formu". Azərbaycan, Bakı(məruzəçi)
2011 — "Naxçıvan xalçaçılıq ənənəsi bu gün" adlı Elmi-praktiki konfrans. Naxçıvan MR, Azərbaycan(məruzəçi)
2011 — Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Azərbaycan dünən və bu gün" adlı tədbir. Fransa, Paris(Tahir Salahovun sərgisinin təşkili)
2011 — "Avropanın ən yaxşı muzeyi" adlı nominasiyasının təntənəli mükafatlandırma mərasimi. Almaniya, Bremerhaven(ICOM-Azərbaycan sədri kimi, nominat faylın təqdimatçısı)
2011 — "MDB üzv dövlətlərinin elm və yaradıcı ziyalılarının VI forumu. Ukrayna, Kiyev(layihənin təşkili, məruzəçi)
2011 — YUNESKO-nun qeyri-maddi mədəni irslə bağlı Dövlətlərarası komitəsinin VI-cı sessiyası. İndoneziya, Bali (YUNESKO-nun Eksperti və "Azərbaycan Xalçaçıları" İB-nin YUNESKO-nun Ekspert təşkilatı kimi təsdiqi)
2011 — (ICOC) Şərq Xalçaları üzrə XII-ci Beynəlxalq Konfrans. İsveç, Stokholm(məruzəçi)
2011 — "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi və "III Respublikanın 20 ili" mövzusunda beynəlxalq elmi konfrans. Macarıstan, Budapeşt(məruzəçi)
2012 — "Azərbaycan –Macarıstan mədəniyyət dialoqu". IV Beynəlxalq konfrans. Macarıstan, Budapeşt(məruzəçi)
2012 — "Muzeylərin XXI əsrdə idarəçiliyi". Treyninq. Qazaxıstan, Astana (məruzəçi)
2012 — "Muzeylərdə qeyri-maddi mədəni irsin qorunması" adlı seminar və konfrans. Gürcüstan, Tiflis(məruzəçi)
2012 — "Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin inkişafı üzrə əməkdaşlıq" Beynəlxalq forum. Azərbaycan, Bakı (məruzəçi)
2012 — ICOC-la birgə təşkil olunacaq Azərbaycan Xalçaları üzrə Beynəlxalq konqresin təşkilati məsələlərinin müzakirəsi dəyirmi masa və sərgi nümayişi. İtaliya, Roma(sərginin təşkilatçısı, məruzəçi)
2012 — I Respublika Dekorativ–Tətbiqi Sənət Festivalı. Azərbaycan, Gəncə (təşkilat komitəsinin üzvü)
2012 — "Avropanın ən yaxşı muzeyi" nominasiyasının növbəti Assambleyası və təltifat mərasimi. Portuqaliya, Penofil (Avropa Muzey Forumunun Milli Korrespondenti kimi)
2012 — II Respublika Dekorativ–Tətbiqi Sənət Festivalı. Azərbaycan, Xaçmaz(təşkilat komitəsinin üzvü)
2012 — Mədəniyyətin himayəsi və müasir incəsənətin inkişafı üzrə Moskva İctimai Fondu tərəfindən keçirilən "Ənənələr və Müasirlik" IV Moskva Beynəlxalq İncəsənət Festivalında T. Salahovun sərgisi. Rusiya, Moskva(sərginin təşkilatçısı)
2012 — Özbəkistandakı "Fond Forum" təşkilatı tərəfindən təşkil olunmuş "ART-STYLE" festivalı çərçivəsində Azərbaycan Səfirliyinin təşkil etdiyi "Sehirli ilmələr-Azərbaycan xalçaları" sərgi. Özbəkistan, Daşkənd(məruzəçi)
2012 — YUNESKO-nun Parisdəki Baş Qərərargahında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitənin dövlətlərarası işçi qrupunun iclası. Fransa, Paris(YUNESKO-nun Eksperti kimi işçi qrupunda iştirakı)
2012 — YUNESKO-nun Parisdəki Baş Qərərargahında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə məsələlərlə bağlı VII Sessiyası. Fransa, Paris (YUNESKO-nun Eksperti kimi, işçi qrupunda iştirakı)
2013 — Paris şəhər Meryasının təşkil etdiyi "Azərbaycanın ənənəvi və müasir incəsənəti" sərgisi. Fransa, Paris(iştirakçı)
2013 — Moskva Mərkəzi Rəssamlar Evi VII Beynəlxalq İncəsənət Festivalı. Rusiya, Moskva(iştirakçı)
2013 — II Beynəlxalq Dünya forumunda, Mədəniyyətlərarası dialoq. Azərbaycan, Bakı(iştirakçı)
2013 –(ICOM) Azərbaycan Milli Komitəsinin Beynəlxalq Muzeylər Şurasına qəbul olunmasının 20 illiyinə həsr olunmuş "ICOM Azərbaycan Milli Komitəsi mədəni irsin mühafizəsində" adlı Konfrans. Azərbaycan, Bakı(təşkilat komitəsinin sədri, məruzəçi)
2013 – Qeyri –Maddi Mədəni İrsin mühafizəsində Hökumətlərarası Komitənin VIII–ci sessiyası (iştirakçı)
2013 — "İqor Burqanov-Müasir xalça". Beynəlxalq Elmi Konfrans. Azərbaycan, Bakı (məruzəçi)
2013 — "Heydər Əliyev və muzeylərimiz" mövzusunda konfrans. Azərbaycan, Bakı (məruzəçi).
2013-"Muzeylər- bəşəriyyəti, yaddaşı+yaradıcılığı= sosial dəyişiklik" mövzusunda konfrans. Beynəlxalq muzeylər şurası ICOM-un XXIII-cü və XXVIII-ci Baş Assambleyası. Braziliya, Rio-de Janeyro(məruzəçi)
2013 — "Gömrük muzeyləri Beynəlxalq Assosiasiyasının XXI-ci Konfransı. Azərbaycan, Bakı(məruzəçi)
2013 — "İqtisadi İnkişafın mədəni əlaqələri, Cənubi Qafqazın irsi Sənətkarlığı" mövzusunda Beynəlxalq konfrans. Gürcüstan, Tiflis(məruzəçi)
2013 — "Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi" mövzusunda regional təlim. Azərbaycan, Bakı, Şəki(məruzəçi)
2014 — Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyası. Azərbaycan, Bakı(iştirakçı)
2014 — Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə I Platforma. Bakı konfransı. "Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması". Azərbaycan, Bakı (iştirakçı)
2014 — Avropa İrs Günləri. Azərbaycan, Bakı(iştirakçı)
2015 -"Avropanın ən yaxşı muzeyi" nominasiyasının növbəti Assambleyası və təltifat mərasimi. Şotlandiya, Qlazqo (Avropa Muzey Forumunun Milli Korrespondenti kimi)
2015 –"XXI əsrdə xalçaların öyrənilməsi və toplanması" mövzusunda Şərq Xalçaları üzrə Beynəlxalq Təşkilat (ICOC) XIII Konfrans. Tekstil Muzeyi. ABŞ, Vaşinqton(məruzəçi).
2016-"İNTERMUZEY" XIII Beynəlxalq Festival. Russiya, Moskva (məruzəçi).
2016 — " Xalça Yaddaş və Mədəniyyətin İrsi kimi" Beynəlxalq Elmi Konfrans. Gürcüstan, Tiflis(məruzəçi).
2016 – "III-cü Beynəlxalq Türk Dünyası Araşdırmaları" Simpozium. Azərbaycan, Bakı (məruzəçi).
2016 — I-ci Beynəlxalq "Türk Dünyasının ortaq Dili Naxışlar" Simpozium. Azərbaycan, Bakı (məruzəçi).
2017-"Avropanın ən yaxşı muzeyi" nominasiyasının növbəti Assambleyası və təltifat mərasimi. Xorvatiya, Zagreb (Avropa Muzey Forumunun Milli Korrespondenti kimi).
2017 — V Beynəlxalq Simpozium "Azərbaycan Xalçası". Azərbaycan, Bakı (məruzəçi).
2018 — "Qış-2018" Simpozium. Metropoliten İncəsənət Muzeyi. ABŞ. Nyu-York (məruzəçi).
2018 — "Avropanın ən yaxşı muzeyi" nominasiyasının növbəti Assambleyası və təltifat mərasimi. Polşa, Varşava (Avropa Muzey Forumunun Milli Korrespondenti kimi).