Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi.
Rüştü Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 1926 |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1893-cü ildən |
Rütbəsi | Mirliva, general-mayor |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu.
İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi. İzmir sui-qəsdində iştirak etdiyi üçün 13 iyul 1926-da edam edildi.