Rüfət Axundzadə

Rüfət Yusif oğlu Axundzadə (1981, Bakı) — Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, əməkdar incəsənət xadimi, polkovnik.

Rüfət Axundzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1981
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Atası Yusif Axundzadə
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elmi adı

Təltifləri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Rüfət Axundzadə 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə İncəsənət Gimnaziyasının truba sinfini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Professor Ağarəsul Rəsulovun sinfində təhsil alaraq 2002-ci ildə məzun olub. Həmin ildə magistratura pilləsinə daxil olmuş, 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib.[1]

2014-cü il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rüfət Axundzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.[2]

2015-ci ildə dosent elmi adına layiq görülüb.

Xalq artisti general-mayor Yusif Axundzadənin oğludur.

Rüfət Axundzadə 2008-ci ildən Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2011-ci ildə müsabiqə yolu ilə həmin kafedranın baş müəllimi olub. 2015-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.[1]

2024-cü il yanvarın 15-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsinə Yusif Axundzadənin yerinə təyinat alıb. O, bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rüfət Axundzadə "Qələbə Marşı"nın müəllifidir. Marş 2020-ci ilin dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə keçirilən Hərbi Paradda səsləndirilib.[4] Marş Qələbə Paradında səsləndirildikdən sonra müxtəlif tədbirlərdə də səsləndirilərək məşhurlaşıb.

  1. 1 2 "Bakı Musiqi Akademiyası – Axundzadə Rüfət Yusif oğlu". www.musicacademy.edu.az (az.). İstifadə tarixi: 2024-01-15.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  3. "Generalın yerinə polkovnik oğlu təyin edildi". Qafqazinfo (az.). 2024-01-15. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  4. "Zəfər paradındakı marş belə yazılıb — Video". Qafqazinfo (az.). 2021-12-10. İstifadə tarixi: 2024-01-16.