Yusif Axundzadə

Axundzadə Yusif Yevgeniyeviç (rus. Ахундзаде Юсиф Евгеньевич, 1946, Bakı) — Azərbaycanın Xalq artisti (1998). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi. Professor. General-mayor.

Yusif Axundzadə
rus. Ахундзаде Юсиф Евгеньевич azərb. Axundzadə Yusif Yevgeniyeviç‎
rus. Ахундзаде Юсиф Евгеньевич
azərb. Axundzadə Yusif Yevgeniyeviç
Ümumi məlumatlar
Doğum adı Axundzadə Yusif Yevgeniyeviç
Doğum tarixi (77 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Dirijor
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi
Fəaliyyət illəri (1969)
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1979
"Azərbaycan Bayrağı" ordeni "Hərbi xidmətlərə görə" medalı"Şöhrət" ordeni — 2021

Həyatı[redaktə | mənbəni redaktə et]

1946-ci il fevralın 6-da Bakı şəhərində anadan olub. 1969-ci ildə fleyta sinfi üzrə Bakı Musiqi Akademiyasını bitirir. Moskvada Qızıl meydanda hərbi paradlarda iştirak edib və Moskvada 1971 və 1983-cü illərdə 1989-ci ildən BMA-nın nəfəsli və zərb alətləri kafedrasında müəllimlik edib. 2008-ci ildə Bakı Musiqi Akademiyası nəfəs və zərb alətləri kafedrasının müdiridir. General-mayor Yusif Axundzadə 23 ildir Azərbaycan himnini şərəflə canlandıran hərbi orkestrin dirijorurdu.

Mükafatlar və adlar[redaktə | mənbəni redaktə et]

  • SSRİ "Əməkdar mədəniyyət işçisi" fəxri adı.(1979)
  • SSRİ "Əməkdar İncəsənət Xadimi" fəxri adı.(1988)
  • Azərbaycan "Xalq Artisti" fəxri adı.(1998)
  • Azərbaycan "Hərbi xidmətlərə görə" medalı(2003)
  • Azərbaycan "Azərbaycan Bayrağı" ordeni(2006)
  • Azərbaycan General-Mayor - Azərbaycan Silahlı Qüvvələrinin ali hərbi rütbəsi(2015)
  • Azərbaycan "Şöhrət" ordeni(2021) (Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə ) [1]

Müəllif olduğu kitablar[redaktə | mənbəni redaktə et]

Hazırlanmasında və nəşrində redaktor qismində iştirak edib:

1996-cı il

  • Azərbaycan himni (nəfəsli orkestr üçün partitura)
  • Azərbaycan bəstəkarlarının (əlyazması) hərbi marşlar

1998-ci il

  • "Bakalavr" dərəcəsi ilə bitirən üçün dirijorluq etməyə dair proqram
  • "Magistr" dərəcəsi ilə bitirən üçün dirijorluq etməyə dair proqram

2000-ci il

  • Azərbaycan bəstəkarlarının əsərləri (əlyazması)
Azərbaycanın eks-prezidenti ulu öndər Heydər Əliyev və Yusif Axundzadə ilə görüşündə

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Nəfəs alətləri (film, 2004)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Y.Y.Axund-zadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-08.