Rüfət Rüstəmzadə

Rüfət Rüstəmzadə (d.20 sentyabr 1975, Bakı şəhəri)

Rüfət Rüstəmzadə
Doğum tarixi (48 yaş)
Doğum yeri Bakı Azərbaycan Azərbaycan SSR , SSRİ SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Beynəlxalq iqtisadi əlaqələr
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Rüfət Bünyat oğlu Rüstəmzadə 20 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışır. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olmuşdur.

Rüfət Rüstəmzadə 2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Rüfət Rüstəmzadə 2014-cü ilin dekabr ayından 2018-ci ilin fevral ayınadək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləmişdir.[1]

Dövlət qulluğunun baş müşaviridir.

2018-2020-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsini icra edib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini". 2018-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]