Rüfət Zəbioğlu

Rüfət Zəbioğlu Axundov (1932 -1983) — şair.

Rüfət Zəbioğlu
Rüfət Zəbioğlu Axundov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Uşağı Zəbi Axundov
Təhsili Azərbaycan Dövlət Universiteti, M.Qorki adına Ədəbiyyat İnstitutu

Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 saylı Bakı şəhər orta məktəbində almışdır (1940-1950). Azərbaycan Dövlət Universitetinə daxil olmuş (1951), bir il sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna dəyişilmişdir. Onun ilk şeiri ― "Bakinski raboçi" qəzetində dərc edilmişdir (1949). Şeirləri ―Azərbaycan, ― Kirpi jurnallarında, ―Ədəbiyyat və İncəsənət qəzetində müntəzəm çap olunmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktorluqla başlamışdır (1957). Sonra Azərbaycan Xalq Yaradıcılığı Evində dramaturgiya şöbəsinin müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1974-1978) işləmişdir. Bundan sonra müstəqil yaradıcılıqla məşğul olmuşdur.

Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.

Şair Rüfət Zəbioğlunun bacısı Rəna xanım Fikrət Qocanın birinci həyat yoldaşı.[1]

  • Səslə məni‖ (1960),
  • Zirvədən zirvəyə‖ (1963),
  • Yollara duman çöküb‖ (1970),
  • İlk beşlik‖ (1971),
  • Təbəssüm‖ (1975),
  • Sirr, möcüzəm‖ (1978),

Ayselim‖ (1983), ―

  • Kainatla üz-üzə‖ (1983) [2]