Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir.
Rügen adası | |
---|---|
alm. Rügen | |
Ümumi məlumatlar | |
Sahəsi | 926 km² |
Uzunluğu |
|
Eni | 41 km |
Sahil uzunluğu | 580 km |
Hündür nöqtəsi | 161 m |
Əhalisi | 77.000 nəfər (2006-cı il) |
Yerləşməsi | |
54°27′ şm. e. 13°23′ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Arxeoloji tapıntılar onu göstərir ki, ada hələ daş dövründə məskun edilmişdi. Bütün ada üzrə kurqanlar və qurbanlar üçün daşlar tapılıb. Orta əsrlərdə əhalisinin əsas məşğuliyyəti maldarlıq, əkinçilik və balıqçılıq olub. Əhalisi əsas slavyan tayfası olan ruyanlar olub. Ruyanların həmçinin öz donanması olub, onlar Baltikyanı və Skandinaviya ölkələri ilə ticarət aparır və müharibə edirdilər. Qonşu alman və danimarka dövlətlərinin təsiri ilə ruyanlar əvvəlcə zorla xristianlaşdırıldılar, daha sonra almanlaşaraq öz slavyan mənşələrini itirdilər. 1478-ci ildə ada Pomeraniyaya birləşdirildi. Vestfaliya razılaşmasına əsasən Rügen Pomeraniya vilayəti ilə birlikdə İsveçin tərkibinə verildi, lakin sonradan Brandenburq-Prussiya knyazlığının güclənməsi ilə Branderburqun tərkibinə daxil edildi. 1807-ci ildə Rügen adası Napoleon Bonapartın ordusu tərəfindən işğal edildi və 1814-cü ilə qədər fransızların nəzarətində qaldı. Kil razılaşmasına əsasən 1814-cü ildə ada Danimarkanın tərkibinə daxil oldu, lakin 1815-ci ildə Ön Pomeraniya ərazisinin tərkibində Prussiyaya qatıldı. İkinci Dünya müharibəsinin son günlərində, 4 may 1945-ci ildə Rügen adası Sovet ordusu tərəfindən döyüşsüz tutuldu. Sonrakı illərdə Rügen Şərqi Almaniyanın tərkibnə daxil edildi və rus qoşunları 1992-ci ilin yayına qədər burada qaldılar.
Ada 4 dairəyə bölünür və bura 45 yaşayış məntəqəsi daxildir. Bunlardan dördü şəhər statusuna malikdir. Rügendəki şəhərlər Bergen-na-Rügene, Zassniç, Putbus və Qarçdır.
Hal-hazırda turizm ada üçün əsas gəlir mənbəyidir. Turizmdən başqa adada balıqçılıq və kənd təsərrüfatı da inkişaf etmişdir. Rügen avtomobil və dəmir yol əlaqəsiylə materik Almaniyaya bağlanmışdır. Rügeni Almaniya ilə bağlayan körpünün uzunluğu 4104 metrlə Almaniyadakı ən uzun körpüdür, xarici görünüşü ilə San-Fransiskodakı Qızıl Qapı körpüsünə bənzəyir.