Rüstəm Rəsuloviç İnayətov (22 iyun 1944, Şirabad, Özbəkistan SSR) — Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədri (1995-ci ildən).
Rüstəm İnayətov | |
---|---|
özb. Рустам Расулович Иноятов özb. Rustam Rasulovich Inoyatov | |
1995 – indiyə kimi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1944 (80 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Rütbəsi | general-polkovnik |
|
|
Təltifləri |
Özbəkistan SSR Surxandərya vilayətinin Şərabad şəhərində, nüfuzlu DTK polkovniki Rəsul İnayətovun ailəsində anadan olub.
1968-ci ildə Daşkənd Dövlət Universitetinin İran filologiyası fakültəsini bitirib. Universitetdən sonra ordu sıralarında qulluq edib, orada DTK xidmətinə qəbul olunub. Özbəkistan SSR DTK-sında, SSRİ DTK Baş Sərhəd İdarəsində müxtəlif vəzifələrdə qulluq edib.
1976—1981-ci illərdə SSRİ-nin Əfqanıstandakı rezidenturasında diplomatik vəzifə altında xidmət edib.
27 iyun 1995-ci ildən Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədridir.
1996-cı ildə general-leytenant, 1999-cu ildən general-polkovnikdir.