Rüstəm Fərruxzad

Rüstəm Fərruxzad — Sasani hərbçisi, dövlət xadimi.

Rüstəm Fərruxzad
رستم فرّخزاد
bayraq
AtropatenaXorasan sipəhsaları
631 – 636
ƏvvəlkiFərrux Hörmüz
SonrakıFərruxzad Bavəndi
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri ?
Vəfat tarixi
Vəfat yeri Əl-Qadisiyyə, İraq
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d]
Atası Fərrux Hörmüz
Dini Zərdüştilik
Hərbi xidmət
Mənsubiyyəti Sasanilər dövləti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərrux Hörmüzün 631-ci ildə öldürülməsindən sonra AtropatenaXorasan sipəhsaları olmuşdu. Atasının intiqamını almaq üçün Ktesifonu ələ keçirmiş, Azarmedoxtu öldürərək yerinə Borandoxtu gətirmişdi. Borandoxtun ölümü, III Yezdəgirdin taxta çıxması ilə yenidən hakimiyyətə tabe olmuşdu. Ərəblərin İranı işğalı dövründə Ktesifonun idarəsi ona tapşırılmış, 634-cü ildə Körpü döyüşündə Sasani ordusu qələbə çalsa da Ktesifonda üsyanı yatırmağa məcbur olmuşdu. 636-cı ildə Yezdəgirdin əmrilə ərəblərə hücum etməyə məcbur olan Rüstəm, strateji olaraq uyğun görmədiyi bu döyüşdə iştirak üçün İraqa getdi. Qardaşı Fərruxzad Bavəndiyə yazdığı məktubda Azərbaycana getməsini əmr edir, Yezdəgirdi qorumasını tapşırırdı.

Əl-Qadisiyyə yaxınlığında Ömər ibn Xəttabın ordusu ilə qarşılaşan Rüstəm havanın qumlu və toz fırtınalı olmasından istifadə edib ordunun içlərinə qədər səssizcə daxil oldu. Lakin Hilal ibn Ülafəyə arxadan yaxınlaşarkən Hilalın dəvəsi qorxdu və üstündəki ağır silahları yerə atdı, Rüstəm silahların altında qalaraq iflic oldu və Hilal sevincək onun başını kəsdi. Sasani ordusu bundan qorxaraq pərən-pərən düşdü.

  • Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.