Fərrux Hörmüz

Fərrux Hörmüz (VI əsr631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi.

V Hörmüz
فرخ‌هرمز
Fərrux Hörmüzdün pulu
Fərrux Hörmüzdün pulu
bayraq
Sasanilər dövlətinin hökmdarlığına iddiaçı
630 – 631
ƏvvəlkiAzarmedoxt
SonrakıAzarmedoxt
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri ?
Vəfat tarixi
Vəfat yeri Atropatena
Vəfat səbəbi sui-qəsd
Fəaliyyəti hərbi lider[d]
Atası Vinduyə
Uşaqları Rüstəm Fərruxzad, Fərruxzad Bavəndi
Dini Zərdüştilik
Hərbi xidmət
Mənsubiyyəti Sasanilər dövləti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək [1] yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu.

II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.

Fərrux bundan sonra özü şahlıq iddiasına düşdü və özünü "İranın sütunu" elan etdi və V Hörmüz adı ilə pul zərb elətdirdi. 1 il sonra Azarmedoxtun tapşırığı ilə Bəhram Çubinin nəvəsi Siyavuş Mehrani tərəfindən öldürüldü. Ölümündən sonra yerinə oğlu Rüstəm Fərruxzad gəldi.

  1. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.