Rüstəm Kazakov

Rüstəm Kazakov Abdulla oğlu (krımtat. Rustem Abdulla oğlu Kazakov, Рустем Абдулла огълу Казаков, rus. Русте́м Абдулла́евич Казако́в; 2 yanvar 1947, Daşkənd) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı.

Rüstəm Kazakov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 2 yanvar 1947(1947-01-02) (77 yaş)
Doğum yeri
Boyu 160 sm
Çəkisi 57 kq
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 1959—1975
Məşqçisi Refat Ablayev
Komandası Dinamo, SKA, MOİK

Rustem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur. 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı.[1] 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu.

1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışamadı.[1][2]

Münhendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir:

  • ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı
  • ikinci turda Xristo Traykova məğlub oldu
  • üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi
  • dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi
  • beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı
  • altıncı turda iştirak etmədi
  • yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi
  • final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu[3]

1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi. İki qat dünya çempionu (1969, 1971), dünya çempionatının gümüş mükafatçısı (1973), dünya çempionatının bürünc mükafatçısı (1970), Avropa çempionatının bürünc mükafatçısı (1967), 1971-ci il SSRİ çempionu.

1975-ci ildə idman karyerasını bitirdikdən sonra məşqçiliyə başladı, MOİK-də çalışdı, SSRİ və Rusiya milli komandalarının məşqçilər heyətinin üzvü olmuşdur.

1972-ci ildə Özbəkistan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. "Şərəf nişanı" ordeni kavaleri (1972). Podpolkovnik. 1975-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyası üzvü.

Moskvada yaşayıb, 1989-cu ildə təqaüdə çıxdı, Perevalnoye (Krım) köçmüşdür və hazırda da orada qalır. Krım Milli Kureş Federasiyasının prezidentidir.[4]

Krımda Olimpiya çempionu Rüstəm Kazakovun mükafatları uğrunda beynəlxalq yunan-Roma güləşi turniri keçirilir.

Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmişdir. 2014-cü ildə Ümümrusiya Xalq Cəbhəsinin Krım Respublikasındakı regional qərargahının sədri seçildi. 2018-ci ildə Rusiya Federasiyasında keçirilən prezident seçkilərində Vladimir Putinin etibarlı şəxsləri siyahısına daxil edildi.

  1. 1 2 "«1K» :: Новости Украины и Крыма N 185 :: ЖИЗНЬ :: Слово «покой» не существует для Рустема Казакова". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-27.
  2. "Рустем Казаков: В жизни за все надо бороться до победного конца! | Милли Фирка. Крымские татары. Крым". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  3. "Rustam Kazakov Biography and Olympic Results | Olympics at Sports-Reference.com". 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-27.
  4. "Национальный вид спорта — это и культура, и даже политика, — Р.Ильясов | Новости | Къырым алеми". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]