Sterleqov boğazı — Rıbnıy yarımadasını Pesçovıy adasından ayırır. Krasnoyarsk diyarı Taymır rayonu ərazisinə daxildir. Şimal Buzlu okeanının Kara dənizi daxilində yerləşir. Uzunluğu 20 km, eni 4,5–10 km, dərinliyi 14 metri keçmir. Mərkəzi hissədə 5-6 metrdir. Şimal sahilində Trenoq, Ryozançev, Zapadnıy, cənub hissədə Nacalnıy, Dvuqorıy, Nizmennıy, Priboynıy burnuları vardır. Pesçovıy adasından boğaza çoxlu arx tökülür. Şimal-qərb hissədə sahəsi sotlarla ölçülən Drovyanoy və Qolıy adaları vardır. Sahillərində yaşayış məntəqəsi yoxdur. Ərazidəki adalar ərazisi <<Böyük Arktika>> qoruğuna daxildir, Qoruq 1993-ci ildə təsis edilir. Boğaz şimal buzlu okeanına təşkil edilən ekspedisiyanın üzvü rus qütb araşdırmaçısı Dmitri Vasilyeviç Sterleqovun şərəfinə adlandırılır.
Sterleqov boğazı | |
---|---|
rus. Пролив Стерлегова | |
Ümumi məlumatlar | |
Eni | minimum 4,5-10 km |
Uzunluğu | 20 km |
Yerləşməsi | |
74°27′45″ şm. e. 86°06′48″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Pesçovıy adasını Rıbnoq yarımadasından ayırır |
|