Rəşad Rüfət oğlu Əhmədzadə (3 aprel 1963, Bakı) — Kukla teatrının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017).
Rəşad Əhmədzadə | |
---|---|
Rəşad Rüfət oğlu Əhmədzadə | |
Doğum tarixi | 3 aprel 1963 (61 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Səidə Haqverdiyeva |
Atası | Rüfət Əhmədzadə |
Təhsili | |
Mükafatları |
Rəşad Əhmədzadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970–1980).
1980-ci ilin dekabr ayında Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhmədzadə hərbi xidmətdən (1981–1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq 1996-cı ilə qədər burada səhnə maşinisti, texnik-radist , işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri və direktor müavini vəzifələrində çalışıb.
1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
1996-ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb.
2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunmuşdur. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir.
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]
2017-ci ildə-2018-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının direktoru vəzifəsini müvəqqəti icra edib.[2]